Xəbərlər
Local

Beynəlxalq Miqrasiya təşkilatının Azərbaycan nümayəndəliyi İlkin Yardım tərəfləri üçün İnsan Alveri qurbanlarının müəyyən edilməsi üzrə təlim keçirir

Beynəlxalq Miqrasiya təşkilatının Azərbaycan nümayəndəliyi İlkin Yardım tərəfləri üçün İnsan Alveri qurbanlarının müəyyən edilməsi üzrə təlim keçirir. Photo: IOM

Baku - Fevralın 21-23 tarixlərində Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan BMqT-nin Azərbaycandakı Nümayəndəliyi Bakı şəhərində İlkin Yardım tərəfləri üçün İnsan Alveri qurbanlarının müəyyən edilməsi üzrə sayca ikinci təlimi keçirir. Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “İnsan Alverinə qarşı Mübarizə üzrə Fəaliyyət” Layihəsi çərçivəsində təşkil olunan 3 günlük təlimdə mövcud və potensial insan alveri qurbanları ilə işləyən və ya qurbanları aşkar etmək vəzifəsi daşıyan DİN, Bakı rayonlarının polis bölmələrini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və sosial xidmət sahəsində çalışan qeyri hökümət təşkilatlarını təmsil edən nümayəndələr iştirak edir.

Təlimin açılışında çıxış edən BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qjorqiyev pandemiyaya baxmayaraq insan alverinin bütün dünyada hələ də ciddi problemə çevrildiyini qeyd etdi. Qyorqiyev Azərbaycan hökumətinin və yerli QHT-lərin bu sahədə səylərini yüksək qiymətləndirdi və bu mübarizədə dövlətlər və qurumlar arasında əməkdaşlığın vacibliyini vurğuladı: “Mən şadam ki, bu təlimləri xarici ekspertlər tərəfindən ən yaxşı təcrübə və metodologiyalar əsasında təlim keçmiş yerli təlimçilər aparacaq”.

Təlim zamanı iştirakçılar - yerli mütəxəssislər, dövlət orqanlarının müvafiq vəzifəli şəxsləri və bu sahədə fəaliyyət göstərən qeyri-hökümət qurumlarının nümayəndələri insan alveri, Azərbaycanda insan alverinə qarşı mübarizə sistemi, insan alveri qurbanlarının müdafiəsi ilə bağlı təcrübələrini, naliyyətlərini bölüşmək və İnsan Alveri və İnsan Alverinə Qarşı Mübarizə Əsas Anlayışları, İnsan Alverinin Qurbanların Sağlamlığına Nəticələri, Ehtimal olunan qurbanlarla ünsiyyət/müsahibədə Etika, Azərbaycan Respublikasında Standart Fəaliyyət Prosedurları, Milli İstiqamətləndirmə Mexanizmi Modelləri və İnsan Alverinə Qarşı Azərbaycan Milli Fəaliyyət Planı üzrə biliklərini genişləndirmək imkanı qazanacaqlar.

Qeyd edək ki, ötən ilin oktyabrın 27-29 tarixlərində BMqT-nin Azərbaycandakı Nümayəndəliyi Gəncə şəhərində İlkin Yardım tərəfləri üçün İnsan Alveri qurbanlarının müəyyən edilməsi üzrə birinci təlimi keçirmişdi.

BMqT tərəfindən həyata keçirilən USAID-in İnsan Alverinə Qarşı Mübarizə layihəsi Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın effektivliyini daha da artırmaqda kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqlari idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.

Media Coverage

XEBERMEDIA
AQREQATOR
NEZERMEDIA
UNAZ
AZERTAC
UNNEWS