-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi insan alveri və məişət zorakılığı qurbanları, insan alverinə həssas olan şəxslər üçün sığınacağa monitorinq səfəri həyata keçirdi
Aprelin 27-də BMqT-nin Azərbaycan nümayəndəliyi Təmas Regional İnkişaf İctimai Birliyinin (İB) Gəncə şəhərində yerləşən və Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “İnsan Alverinə qarşı Mübarizə üzrə Fəaliyyət” layihəsi çərçivəsində dəstəklədiyi sığınacağa monitorinq səfərini təşkil etdi. Cari ilin birinci rübü ərzində adı çəkilən sığınacaq insan alveri və/və ya məişət zorakılığının qurbanı olmuş 88 qadın və uşağa dəstək olmuşdur.
Sığınacaq qurbanların şəxsi təhlükəsizliyini təmin edir, eləcə də onların bir daha zorakılığa məruz qalmasının qarşısını alır. Təmas İB-yi 2016-cı ildən etibarən BMqT-nin Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq edir. Bu, Gəncə regionunda qurbanları dəstəkləyən və onlara normal həyat sürmək imkanı yaradan sığınacaq, dəstək verən və xidmətlər göstərən yeganə sığınacaqdır.
BMqT tərəfindən həyata keçirilən USAID-in “İnsan Alverinə qarşı Mübarizə üzrə Fəaliyyət” Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın effektivliyini daha da artırmaqda kömək edir. Bura insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqları idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.
Media Coverage
XEBERMEDIA
AZERTAC
NEZERMEDIA
UNNEWS