-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi könüllü olaraq mənşə ölkəsinə qayıdan 181 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı göstərmişdir
Baku - Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımını çatdırmağı davam edir. Bu dəstəyin əsas məqsədi qayıdanların dayanıqlığını təmin etmək və beləliklə mənşə ölkələrinə könüllü qayıdan şəxslərin özlərini Azərbaycan cəmiyyətinin bir hissəsi kimi bərpa etmələrinə yardım etməkdir.
BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda Niderland Krallığı, Almaniya, Belçika, Polşa, Finlandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir.
2021-ci ilin avqust və sentyabr aylarında BMqT-nin dəstəyi ilə Almaniyadan 46 nəfər, Serbiyadan 7 nəfər, Türkiyədən 1 nəfər və Hollandiyadan 1 nəfər olmaqla ümumilikdə 55 nəfər KQYR layihələri çərçivəsində könüllü olaraq Azərbaycana qayıdıb.
2021-ci avqust və sentyabr ayrları ərzində KQYR layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan 181 nəfərə reinteqrasiya yardımı, 76 nəfərə isə məsləhət xidməti göstərilmişdir.
BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən reinteqrasiya yardımı göstərilən 181 nəfərdən 106 nəfərə nağd və 75 nəfərə qeyri-nağd şəkildə yardım olunmuşdur. Qeyri-nağd şəkildə yardım çərçivəsində 9 şəxsə müvəqqəti mənzil təminatı, 3 şəxsə kiçik biznesin qurulması, 60 şəxsə maddi yardım (ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyaları), 2 şəxsə tibbi yardım, 1 şəxsə isə təhsil haqqının ödənilməsi üzrə yardım göstərilib.
Təşkilat tərəfindən göstərilən reinteqrasiya yardımının əsas hissəsi könüllü qayıdanlara və onların ailə üzvlərinə fayda gətirən kiçik təsərrüfat (qoyunçuluq, maldarlıq), xidmət sahəsindəki müəssisələr, ticarət və kiçik istehsal kimi gəlir gətirən fəaliyyətlərin qurulmasına yönələn kömək təşkil edir.
BMqT-nin KQYR layihələri daxilində qayıdanlara mikro-biznes fəaliyyətinə dəstəklə yanaşı, müvəqqəti mənzil təminatı, maddi yardım, tibbi ehtiyacların və təhsil xərclərinin qarşılanması üzrə yardımlar göstərilir.
Media Coverage
SPUTNIK
TURAN
FINANCETIME
UNNEWS
AZERTAC
APA
REPORT
AZVISION
XEZERXEBER
CIAAZ
AZPOLITIKA
OLKE
AZERFORUM
DRIFT