Xəbərlər
Local

Beynəlxalq Miqrasiya təşkilatının Azərbaycan nümayəndəliyi Lənkəranda İlkin Yardım tərəfləri üçün İnsan Alveri qurbanlarının müəyyən edilməsi üzrə üç günlük təlimi uğurla başa vurdu

Beynəlxalq Miqrasiya təşkilatının Azərbaycan nümayəndəliyi Lənkəranda İlkin Yardım tərəfləri üçün İnsan Alveri qurbanlarının müəyyən edilməsi üzrə üç günlük təlimi uğurla başa vurdu. Photo: IOM

Aprel ayının 13-15 tarixləri aralığında Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan BMqT-nin Azərbaycandakı Nümayəndəliyi Lənkəran şəhərində İlkin Yardım tərəfləri üçün İnsan Alveri qurbanlarının müəyyən edilməsi üzrə sayca dördüncü təlimi keçirdi. Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “İnsan Alverinə qarşı Mübarizə üzrə Fəaliyyət” Layihəsi çərçivəsində təşkil olunan 3 günlük təlimdə mövcud və potensial insan alveri qurbanları ilə işləyən və ya qurbanları aşkar etmək vəzifəsi daşıyan DİN, Lənkəran rayonun icra hakimiyyəti, yerli polis bölmələrini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və sosial xidmət sahəsində çalışan qeyri hökümət təşkilatlarını təmsil edən nümayəndələr iştirak edirdi.

BMqT, DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi, ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyinin və yerli QHT-lərin əməkdaşlarının apardığı təlim zamanı iştirakçılar - dövlət orqanlarının müvafiq vəzifəli şəxsləri və bu sahədə fəaliyyət göstərən qeyri-hökümət qurumlarının nümayəndələri insan alveri, Azərbaycanda insan alverinə qarşı mübarizə sistemi, insan alveri qurbanlarının müdafiəsi ilə bağlı təcrübələrini, naliyyətlərini bölüşmək və İnsan Alveri və İnsan Alverinə Qarşı Mübarizə Əsas Anlayışları, İnsan Alverinin Qurbanların Sağlamlığına Nəticələri, Ehtimal olunan qurbanlarla ünsiyyət/müsahibədə Etika, Azərbaycan Respublikasında Standart Fəaliyyət Prosedurları, Milli İstiqamətləndirmə Mexanizmi Modelləri və İnsan Alverinə Qarşı Azərbaycan Milli Fəaliyyət Planı üzrə biliklərini genişləndirmək imkanı qazandılar.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olundu.

Qeyd edək ki, BMqT-nin Azərbaycandakı Nümayəndəliyi indiyədək Gəncə, Bakı və Quba şəhərlərində İlkin Yardım tərəfləri üçün İnsan Alveri qurbanlarının müəyyən edilməsi üzrə təlimlər keçirmişdir. Bu təlimlərdə ilkin yadım tərəflərini təmsil edən 50-ə yaxın nümayəndə iştirak etmişdir.

BMqT tərəfindən həyata keçirilən USAID-in İnsan Alverinə Qarşı Mübarizə layihəsi Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın effektivliyini daha da artırmaqda kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqlari idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.

Media Coverage

XEBERMEDIA
AZERTAC
NEZERMEDIA
UNNEWS