-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi “Miqrasiya Məktəbi 4” layihəsinin iştirakçılarını qəbul edib
Baku - 14 iyun tarixində BMqT-nin Azərbaycan nümayəndəliyi Dövlət Miqrasiya Xidmətinin Miqrasiya üzrə Regional Təlim Mərkəzi layihəsi çərçivəsində həyata keçirdiyi “Miqrasiya Məktəbi 4” layihəsinin iştirakçılarını qəbul etmişdir.
Nümayəndəliyin rəhbəri Vladimir Qyorqiyev və əməkdaşları tələbələrə BMqT-nin tarixi, prinsipləri, onun qlobal layihələri, beynəlxalq, regional və ölkə səviyyəli işlərdə BMqT-nin rolu, nailiyyətləri, beynəlxalq və regional miqrasiya prosesləri, eləcə də BMqT-nin Azərbaycanda fəaliyyəti və layihələri haqqında məlumatlar verdilər. Tələbələr nümayəndəlik tərəfindən həyata keçirilən, İnsan Alverinə Qarşı Mübarizə, Sərhədlərin İdarə Edilməsi, Qeyri-qanuni miqrasiyanın qarşısının alınması, İcmaların inkişafı, miqrantların qayıtması və reinteqrasiyası, Miqrasiya üzrə Regional Təlim Mərkəzi, yeraltı su sistemləri olan Kəhrizlərin bərpası kimi layihələrə və Kanada Viza mərkəzinin fəaliyyəti ilə bağlı məlumatlara böyük maraq göstərdilər.
Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü ilə həyata keçirilən “Miqrasiya Məktəbi” layihəsi gələcəkdə müxtəlif sahələrdə çalışacaq gənclərin miqrasiya sahəsində biliklərinin artırılması, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar bacarıqlar aşılamaq, o cümlədən onları dövlət idarəçiliyi haqqında məlumatlandırmaq məqsədi daşıyır.
Qeyd edək ki, “Miqrasiya Məktəbi” layihəsinin iştirakçıları BMqT-nin Azərbaycan nümayəndəliyi və DMX tərəfinddən BMqT-nin İnkişaf Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində yaradılmış Təlim mərkəzində keçirilən təlimlərə müntəzəm olaraq qatılırlar.
Layihə, regionda miqrasiya sahəsində hökümətlər və maraqlı tərəflər arasında geniş məlumat mübadiləsi, araşdırma və dialoqa xidmət edəcək miqrasiya üzrə regional təlim mərkəzi vasitəsilə Azərbaycan, MDB və digər xarici ölkələrdə miqrasiya idarəçiliyi sahəsində regional təhsil potensialını və əməkdaşlığı artırmağı hədəfləryir.
Media Coverage