-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi münaqişədən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi ilə bağlı layihəni icra edir
2020-ci ildə baş vermiş münaqişə nəticəsində Azərbaycanın münaqişədən zərər görmüş bölgələrində müxtəlif humanitar ehtiyaclar yaranmışdır. Hökumət mənbələrinə görə, həmin zaman ən azı 40 min insan Ağdam, Ağcabədi, Bərdə və Tərtər bölgələrində yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalmışdır.
BMqT-nin Azərbaycan nümayəndəliyi Avropa Komissiyasının Avropa Mülki Müdafiəsi və Humanitar Yardım Əməliyyatları Baş İdarəsi tərəfindən maliyyəşən və Azərbaycanda keçən ilki münaqişədən zərər çəkmiş həssas şəxslərin humanitar və erkən bərpa ehtiyaclarının həllinə töhfə verməyi hədəflən layihənin icrasına başlamışdır. Layihə münaqişədən zərər çəkmiş 1500 ailəyə birdəfəlik nağd şəkildə yardımı nəzərdə tutur. Növbəti mərhələdə 1500 ailə arasından münaqişədən daha çox zərər görmüş və həssas vəziyyətdə olan 200 ailəyə ikinci dəfə yenidən nağd şəkildə yardım veriləcəkdir. Bu zaman münaqişədən birbaşa zərər çəkmiş və müvəqqəti köçkün vəziyyətinə düşmüş həssas qruplara aid olan şəxslərə üstünlük veriləcəkdir. Layihə Ağdam, Bərdə, Ağcabədi, Tərtər və digər rayonlardan olan münaqişədən zərər çəkmiş insanları əhatə edir.
Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hazırda BMqT-nin layihə əməkdaşları rayon icra hakimiyyəti tərəfindən layihəyə dəstək məqsədilə təqdim olunmuş və Quzanlıda yerləşən ofisdə yardım göstəriləcək ailələrlə BMqT tərəfindən hazırlanmış həssaslığın qiymətləndirilməsi meyarlarına əsasən sorğular həyata keçirir. İndiyədək sorğudan keçmiş 1500 nəfər arasından avqust ayının sonlarından başlayaraq təqdim olunması planlaşıdırlan nağd yardımı almaq üçün 500 nəfər uyğunluq meyarlarına əsasən seçilmişdir.
Media Coverage