Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi növbəti kəhrizi bərpa edərək istifadəyə verdi

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi növbəti kəhrizi bərpa edərək istifadəyə verdi. Photo: IOM

Baku - BMqT-nin Azərbaycan nümayəndəliyi bərpa etdiyi Xanəhməd kəhrizini Ağdam rayonunda yerləşən Kolqışlaq kəndinin icmasının istifadəsinə verdi. Bu, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində təhvil verilmiş dördüncü kəhrizdir.
Su sərfi 17 litr-saniyəyə bərabər olan kəhriz 96 ailə və 55 hektar əkin sahəsini suvarma suyu ilə təmin edəcəkdir.

Qeyd edək ki, adı çəkilən layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə əhalinin təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır. Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Layihə kəhrizlərin bərpası ilə yanaşı, yerli icmaların dayanıqlığının artırılması, icmalarda məşğulluğun inkişafı və tədrisi də özündə cəmləşdirən komponentlərə malikdir.