-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya təşkilatının Azərbaycan nümayəndəliyi öz tərəfdaşları ilə birgə Beynəlxalq Miqrant Gününü qeyd etdi
17 Dekabr 2021-cİ il tarixdə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə Miqrasiya Xidmətinin inzibati binasında Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə müxtəlif dövlət qurumları, xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlikləri, universitetlər, QHT-lər, həmçinin Birləşmiş Millətlər Təşkilatı agentliklərinin nümayəndələri iştirak edib.
Tədbir Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorinonun Beynəlxalq Miqrant Günü münasibətilə videomüraciəti başlayıb: https://www.youtube.com/watch?v=eY-wn0DdVHc
Tədbirdə giriş nitqi ilə çıxış edən BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva, Ombudsman Səbinə Əliyeva cəmiyyətin diqqətinin miqrantların problemlərinə yönəldilməsi və məlumatlandırılması baxımından Beynəlxalq Miqrant Gününün əhəmiyyətindən danışıblar.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev 2021-ci il üçün mövzusu “İnsan yerdəyişmələrinin potensialından istifadə edilməsi” olan Beynəlxalq Miqrant Gününün diqqəti ildən-ilə sayı artmaqda olan miqrantların problemlərə yönəltmək, bu problemlər, həmçinin miqrasiyanın müsbət tərəfləri haqda ictimaiyyəti məlumatlandırmaq baxımından əhəmiyyətini vurğuladı: “Bu gün Beynəlxalq Miqrant Gününü qeyd etmək və hazırda COVID-19 pandemiyası səbəbindən daha da böyük çətinliklərlə üzləşən və ağır şəraitdə yaşayan minlərlə miqrantı xatırlamaq, eyni zamanda onların təyinat və mənşə ölkələrindəki cəmiyyətlərə verdiyi müsbət töhfələri qeyd etmək xüsusliə vacibdir”.
Qyorqiyev Azərbaycan hökumətini ölkənin Təhlükəsiz, Nizamlı və Qanuni Miqrasiya üzrə Qlobal Sazişin (GCM) həyata keçirilməsi üçün BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin himayəsi altında başlanılmış “Çempion Ölkələr” Təşəbbüsünə Şərqi, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya region dövlətləri arasında birinci olaraq qoşulması münasibətilə də təbrik etdi.
“Biz inanırıq ki, Azərbaycanın “Çempion ölkələr”dəki rolu müsbət dəyər yaradacaq və regionun digər ölkələri üçün miqrasiyanın idarə edilməsində effektiv model rolunu oynayacaq”, deyə cənab Qyorqiyev qeyd etdi.
Tədbirdə çıxış edən BMT-nin rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva bildirdi ki, insan mobilliyi və hərəkətdə olan insanların yaratdığı çağırışların həlli və imkanların dəyərləndirilməsi üçün birgə səylər göstərilməlidir: “Miqrasiya mürəkkəbdir və bütün dünyada fərqli dinamikaya malikdir. İnsan müxtəlifliyi təhlükə deyil, o bir sərvətdir. Biz ümumi insanlığımızı və ləyaqətimizi heç vaxt gözdən qaçırmadan fərqliliklərimizin zənginliyini qiymətləndirməliyik”.
Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, Azərbaycan Təhlükəsiz, Nizamlı və Qanuni Miqrasiya üzrə Qlobal Saziş imzalandığı gündən onun dəstəkləyib və gələcəkdə də onun səmərəli həyata keçirilməsi üçün səyləri artıracaq. “İnsanların qanuni, təhlükəsiz və beynəlxalq hüquq normalarına uyğun yerdəyişməsinin təmini istiqamətində bütün tərəfdaşları birgə əməkdaşlığı gücləndirməyə çağırıram”, - deyə xidmət rəisi bildirib.
Rəsmi çıxışlardan sonra BMT-nin Miqrasiya Şəbəkəsi Katibliyinin rəhbəri Jonathan Prenticinin “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrası ilə əlaqədar “Çempion ölkələr” təşəbbüsü mövzusunda çıxışı etdi və beynəlxalq ekspert Yasmina Pinjo tərəfindən BMqT-nin dəstəyi ilə hazırlanmış Azərbaycanın Milli Miqrasiya Profilinin təqdimatı keçirildi.
Media Coverage
APANEWS
NEWSCENTER
AZERTAC
NEZERMEDIA
AZERFORUM
DIA
VIZIONTV
EDNEWS
ANALOQAZ
AZADMEDIA
TREND
TURKIC