Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Qazax rayonunda bərpa olunmuş kəhrizi yerli icmaya təhvil verdi

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Qazax rayonunda bərpa olunmuş kəhrizi yerli icmaya təhvil verdi. Photo IOM

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Qazax rayonunda bərpa olunmuş kəhrizi yerli icmaya təhvil verdi. Photo IOM

Baku - Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Qazax rayonunun Kəmərli kəndi ərazisində yerləşən "Xosrov" kəhrizini bərpa edərək yerli icmanın istifadəsinə verdi. Bərpa edilmiş kəhriz 480 nəfər insanı içməli su ilə təmin edəcək.

Adı çəkilən layihə çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi indiəyədək Ağdam, Goranboy, Füzuli, Göygöl və Qazax rayonları ərazisində 25 kəhrizi bərpa edərək yerli icmaların istifadəsinə verib.

Layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə region əhalisini təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.

Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək, icma tərəfindən idarə olunan bir yanaşmanı tətbiq etməyə davam edir.

Media Coverage

FINCANCETIME
AZERTAC
UNNEWS

İn English
UNNEWS
AZERTAC