Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi qədim kəhrizlərdə bərpa işlərini genişləndirir

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi qədim kəhrizlərdə bərpa işlərini genişləndirir. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi qədim kəhrizlərdə bərpa işlərini genişləndirir. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi qədim kəhrizlərdə bərpa işlərini genişləndirir. Photo: IOM

Baku - Hazırda Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin mühəndislərinin rəhbərliyi altında kankanlar Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Ağdam rayonunun ərazisində yerləşən Bala Bino və Vəlibəy kəhrizlərində yeni texnalogiyaların tətbiqi ilə aparılan bərpa işlərini davam etdirir və həmin rayonun ərazisindəki Qurddu kəhrizlərində isə yekun işləri aparır. Eyni zamanda, Goranboy rayonunun Tatarlı kəndi ərazisindəki Ləzgi kəhrizində aparılan bərpa işləri də isə yekunlaşmaq üzrədir.

Qeyd edək ki, adı çəkilən layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə əhalinin təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır. Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Layihə kəhrizlərin bərpası ilə yanaşı, yerli icmaların dayanıqlığının artırılması, icmalarda məşğulluğun inkişafı və tədrisi də özündə cəmləşdirən komponentlərə malikdir.

Media Coverage

XEBERMEDIA
AZERTAC
NEZERMEDIA
YENIMESAJ
UNNEWS
IMZAINFO

In English
UNNEWS
AZERTAC