Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi qədim kəhrizlərdə bərpa işlərini genişləndirir

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi qədim kəhrizlərdə bərpa işlərini genişləndirir. Photo: IOM.

Hazırda Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin mühəndislərinin rəhbərliyi altında kankanlar Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Ağdam rayonunun ərazisində yerləşən Bala Bino, Göylən 2 və Heyvalı 2 kəhrizlərində aparılan bərpa işlərini davam etdirir.

Qeyd edək ki, adı çəkilən layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə əhalinin təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır. Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Layihə kəhrizlərin bərpası ilə yanaşı, yerli icmaların dayanıqlığının artırılması, icmalarda məşğulluğun inkişafı və tədrisi də özündə cəmləşdirən komponentlərə malikdir.