Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi sığınacaqları, o cümlədən pandemiya zamanı onların qidaya olan əsas ehtiyaclarını qarşılamaqla onları dəstəkləməkdə davam edir

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi sığınacaqları, o cümlədən pandemiya zamanı onların qidaya olan əsas ehtiyaclarını qarşılamaqla onları dəstəkləməkdə davam edir. Photo: IOM

Azərbaycanda Koronavirusun yayılması və hərəkət məhdudiyyəti insan alveri qurbanları üçün nəzərdə tutulan qeyri-hökümət təşkilatlarının nəznindəki sığınacaqların qida təchizatında çətinliklər yaradıb. BMqT-nin Azərbaycan nümayəndəliyi ABŞ-ın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə bir müddət əvvəl paytaxtda və Gəncə şəhərində yerləşən sığınacaqlara ərzaq yardımı etmiş və kommunal xərclərini ödəmişdir.

BMqT hazırda insan alveri qurbanlarına və vətəndaş cəmiyyəti təşkilatlarının sığınacaqlarında yerləşdirilmiş insan alveri və məişət zorakılığına məruz qalan şəxslərə birbaşa yardım göstərməyə davam edir.