Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Şirvanlar kəndinin icması üçün təlim keçirdi

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Şirvanlar kəndinin icması üçün təlim keçirdi. Photo: IOM

Oktyabrın 4-də BMqT-nin Azərbaycan nümayəndəliyinin təmsilçiləri Bərdə rayonunda yerləşən Şirvanlar kəndinin sakinlərindən seçilmiş Su İstifadəçiləri Komitəsinin 9 üzvü üçün təlim keçirdi. Təlim iştirakçıların aktiv iştirakını təmin etmək üçün interaktiv şəkildə keçirildi.

Təlimin gedişi zamanı komitə üzvləri ilə gələcək əməkdaşlıq haqqında saziş imzalanmışdır. Təlimin yekununda BMqT mühəndislərinin komitə üzvləri ilə görüşüb kəndin bərpa olunmağı planlaşdırılan Qobu kəhrizi haqqında ətraflı məlumat vermələri razılaşdırılmışdır.

Qeyd edək ki, Şirvanlar kəndində Su İstifadəçiləri Komitəsi BMqT tərəfindən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində icma üzvlərinin potensialını artırmaq və su qaynaqlarını idarə etmək üçün yaradılmışdır.

Dörd illik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.