-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Aqrar Universiteti birgə əməkdaşlıqlarının uğurla başa çatdığını qeyd etdilər
Martın17-də Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Kəhriz Tədqiqat və İnformasiya Mərkəzində BMqT-nin Azərbaycan nümayəndəliyi ilə ADAU arasında əməkdaşlıq sazişi çərçivəsində kəhrizlərin tədqiqi, kəhriz mühəndisliyinin tədrisi və kəhriz tədqiqat mərkəzinin qurulması mövzüsunda regional konfrans keçirilib. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə icra olunan “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində baş tutan bu tədbirlə BMqT və ADAU arasında imzalanmış, Kəhriz Tədqiqat və İnformasiya Mərkəzinin və Kəhriz Mühəndislik Kursunun universitetdə tədrisinin təşkilini nəzərdə tutan əməkdaşlıq müqaviləsinin icrası uğurla başa çatıb.
Konfransın açılış mərasimində çıxış edən BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və ADAU-nun rektoru İbrahim Cəfərov 2 illik səmərəli əməkdaşlıqdan məmnunluqlarını ifadə edərək, bunun gələcək uğurlu əməkdaşlığa zəmin yaratdığını qeyd etdilər.
Beləliklə, BMqT-nin Azərbaycan nümayəndəliyi ilə ADAU arasında 2019-cu ildə imzalanmış əməkdaşlıq sazişi çərçivəsində qarşıya qoyulan məqsədlər, yəni Kəhriz İnformasiya və Tədqiqat Mərkəzinin yaradılması, kəhriz mühəndisliyi dərsliyinin nəşri, kəhriz mühəndisliyi kursunun kurrikuluma daxil edilməsi uğurla həyata keçirilib.
Tədris sahəsində görülən işlərə əlavə olaraq, adı çəkilən layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə əhalinin təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır. Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir.
Media Coverage
NEWSCENTER
UNNEWS
NEZERMEDIA
AZERTAC
XEBERMEDIA
ADAU