-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və BMT-nin İnkişaf Proqramı insan alveri və gender əsaslı zorakılıq qurbanları üçün üç aylıq təlimə başlayıb
Fevralın 28-də BMqT-nin Azərbaycan nümayəndəliyi və BMTİP ilə birgə İnsan Alverinə Qarşı Mübarizə layihəsi çərçivəsində üç aylıq təməl bacarıqlar üzrə təlimə başlamışdır. Bu üç ay ərzində həm insan alveri, həm də gender əsaslı zorakılıq qurbanları da daxil olmaqla 30 benefisiar mühasibat uçotu, kompüter bacarıqları və liderlik kursları üzrə təlimlərdə iştirak edəcəklər. Təlimlər Sumqayıtda USAID-in maliyyələşdirdiyi BMTIP-nın layihəsi çərçivəsində yaradılmış Qadın Resurs Mərkəzində keçiriləcək.
Bu, sinerjinin yaxşı nümunəsi olmaqla USAID tərəfindən maliyyələşdirilən iki layihənin və BMT-nin iki təşkilatının ümumi məqsədə nail olmaq və dətəyə ehtiyacı olanlara kömək etmək üçün öz resurslarından necə səmərəli istifadə edə biləcəyini bariz əks etdirir.
BMqT tərəfindən 2015-ci ildən etibarən həyata keçirilən USAID-inin maliyyələşdirdiyi İnsan Alverinə Qarşı Mübarizə layihəsi Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın effektivliyini daha da artırmaqda kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqlari idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.