Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti Azərbaycanda Miqrasiya üzrə Qlobal Paktın icrası üzrə üçüncü çoxtərəfli məsləhətləşmə keçirib

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti Azərbaycanda Miqrasiya üzrə Qlobal Paktın icrası üzrə üçüncü çoxtərəfli məsləhətləşmə keçirib. Photo: IOM

Mayın 11-də BMqT-nin Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti (DMX) Beynəlxalq Miqrasiya İcmalı Forumuna (BMİF) həsr olunmuş “Miqrasiya üzrə Qlobal Paktın icrası ilə bağlı beynəlxalq miqrasiyaya 360 dərəcəli baxış” mövzusunda sayca 3-cü məsləhətləşmələr təşkil etdi.
Dövlət qurumlarının nümayəndələri üçün təşkil olunan müzakirələrin məqsədi “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasında və Azərbaycanda miqrasiya siyasətinin formalaşmasında bütün cəmiyyətin iştirakının vacibliyi barədə fikir mübadiləsinin aparılması idi.

Müzakirələr BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və DMX-nin rəisi Vüsal Hüseynovun rəsmi açılış nitqləri başladı.

Açılış nitqində Vladimir Qyorqiyev müvafiq dövlət qurumları ilə belə məsləhətləşmələrin aparlımasınn vacibliyini vurğuladı. O qeyd etdi ki, dövlət orqanlarının bu işə sıx cəlb olunması miqrasiya məsələlərinin səmərəli əlaqələndirilməsinə mühüm töhfə verir.

Xidmət rəisi Vüsal Hüseynov qeyd etdi ki, Miqrasiya üzrə Qlobal Paktın həyata keçirilməsində aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə əlaqə çox vacibdir. Çünki onlar mütəmadi olaraq miqrasiya siyasətinin formalaşmasında, Xidmət tərəfindən təşkil olunan məsləhətləşmələrdə, treninqlərdə, o cümlədən miqrasiya məsələləri ilə bağlı müvafiq sənədlərin, sazişlərin razılaşdırılması prosesində yaxından iştirak edirlər.

Məsləhətləşmələr BMqT-nin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Nərgiz Kərimova və BMT-nin ölkə ofisindən Orxan Rzayevin Miqrasiya üzrə Qlobal Paktın və Davamlı İnkişaf Məqsədləri haqda təqdimatları ilə davam etdi.

Sonra movzu ətrafında dövlət və beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələrinin çıxışları dinlənilib, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, BMqT və DMX tərəfindən Miqrasiya üzrə Qlobal Pakt ilə bağlı məlumatlılığın artırılması məqsədilə bundan öncə çoxtərəfli ikimərhələli məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr gənclər, tələbələr, könüllülər, habelə qeyri-hökumət təşkilatlarının, KİV, elmi dairələrin, miqrant icmalarının nümayəndələri üçün təşkil edilib.

Media Coverage

SMS
IMZAINFO
AZERTAC