-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti ilə birgə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində 2 günlük təlim sessiyasını uğurla başa vurdu
29-30 sentyabr tarixlərində BMqT-nin Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti (DMX) Miqrasiya üzrə Regional Təlim Mərkəzi (MRTM) layihəsi çərçivəsində 2 günlük təlim sessiyası təşkil etdilər. Təlimin məqsədi 25-29 iyul tarixlərində 5 günlük təlimçilər üçün təlim zamanı əldə edilmiş bilikləri sıravi miqrasiya xidməti əməkdaşları, miqrasiya məktəbi iştirakçılarına və miqrasiya sahəsindəki könüllülərə ötürmək idi. Təlim BMqT-nin beynəlxalq məsləhətçisi tərəfindən hazırlanmış MRTM kurrikuluma əsasən DMX-dən olan 6 təlimçi tərəfindən keçirildi.
Açılış nitqində BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev iştirakçılara miqrasiya sahəsində bilik və bacarıqlarını, miqrasiya idarəçiliyi ilə bağlı məlumatlarını artırmaq imkanı verən təlimin əhəmiyyətini vuğuladı.
Miqrasiya üzrə Təlim Mərkəzi çərçivəsində regional səviyyədə təlimlərin təşkilinin səmərəliliyini vurğulayan Qyorqiyev bu tədbirlərin tərəfdaş ölkələr arasında əməkdaşlığın genişlənməsinə töhfə verdiyini qeyd etdi.
Açılış sessiyasında çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov təlimin əhəmiyyətini vurğulayaraq, yaxın vaxtlarda Türkiyə və Özbəkistanda da belə təlimlərin keçirilməsinin planlaşdırıldığını bildirdi.
Hazırkı təlimçilərin məhz cari ilin 25-29 iyul tarixlərində Bakı şəhərində təşkil edilən 11 ölkənin nümayəndələrinin qatıldığı milli təlimləri uğurla başa vuraraq Regional Ekspert Şəbəkəsinin ilk sertifikatlarını alan xidmət əməkdaşları olduğunu bildirən Hüseynov gələcəkdə də gənclər, tələbələr və könüllülərə yönəlmiş xüsusi təlim proqramlarının planlaşdırıldığını qeyd etdi.
Təlimin gedişi zamanı iştirakçılar beynəlxalq miqrasiyanın miqyası, xarakteri və mərhələləri, beynəlxalq miqrasiya hüququ, beynəlxalq mühafizənin məzmunu, Miqrasiya üzrə Qlobal Paktın əsas komponentləri, readmissiya və miqrant qaçaqmalçılığına qarşı mübarizə haqqında biliklərini genişləndirək imkanı qazandılar.
Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olundular.
BMqT-nin Azərbaycan nümayəndəliyi və DMX tərəfindən BMqT-nin İnkişaf Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi regionda miqrasiya sahəsində hökümətlər və maraqlı tərəflər arasında geniş məlumat mübadiləsi, araşdırma və dialoqa xidmət edəcək miqrasiya üzrə regional təlim mərkəzi vasitəsilə Azərbaycan, MDB və digər xarici ölkələrdə miqrasiya idarəçiliyi sahəsində regional təhsil potensialını və əməkdaşlığı artırmağı hədəfləryir.