-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti ilə birgə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində region ölkələrinin təlimçiləri üçün təlim keçirir
Baku - İyulun 25-29 tarixləri aralığında BMqT-nin Azərbaycan nümayəndəliyi Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində regional ölkələrinin təlimçiləri üçün 5 günlük təlim keçirir.BMqT-nin Azərbaycan nümayəndəliyi Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində regional ölkələrinin təlimçiləri üçün 5 günlük təlim keçirir.
Tədbir BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov açılış nitqləri ilə başladı.
Açılış nitqində, Qyorqiyev, region ölkələrinin miqrasiya qurumlarının nümayəndələrinin və təlimçilərin toplaşdığı bu təlimin iştirakçıların MRTM-nin miqrasiya idarəçiliyi kurikulumunu öyrənməyə, miqrasiya sahəsindəki məlumat, bilik və ən yaxşı təcrübələrini bölüşməyə imkan yaratığı üçün mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Layihənin uğurlu icrasının region ölkələrinin miqrasiya sahəsində bilik və təcrübələrin mübadiləsi ilə müşayət olunan sıx əməkdaşlığı şəraitində mümkün olduğunu qeyd edən Vladimir Qyoqriyev, məhz belə təlimlərin iştirakçıların bilik və təcrübəsini artırmağa imkan verməklə Miqrasiya üzrə Təlim Mərkəzinin uğurlu fəaliyyətinə zəmin yaratdığını vurğuladı.
Açılış mərasimində çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov təlimlərə qatılmış region ölkələrinin miqrasiya üzrə mütəxəssis və təlimçilərinin yaxın gələcəkdə regionda miqrasiya üzrə bilik və bacarığın tədrisi sahəsində aparıcı qüvvə və bu miqrasiya üzrə savadlılığın artırılması sahəsində katalizator rolunu oynayacaqlarını qeyd etdi.
Təlim zamanı Azərbaycan, Belarus, Qazaxstan, Moldova, Gürcüstan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tajikistan daxil olmaqla region ölkələrindən olan iştirakçılar təlim dövrü və təlimçinin rolu, təlimin keçirilməsi qaydaları və modulları haqqında biliklərini genişləndirmək, ən yaxşı təlim təcrübələri ilə tanış olmaq imkanı qazanacaqlar. Bundan əlavə, təlim iştirakçılara təlim strategiyalarının planlaşdırılması, məlumatı səmərəli çatdırmaq üçün təqdimat və iştirakçıların təlimdə fəal iştirakını təşviq etmək bacarıqlarını inkişaf etdirməyə kömək edəcək.
BMqT-nin Azərbaycan nümayəndəliyi və DMX tərəfindən BMqT-nin İnkişaf Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi regionda miqrasiya sahəsində hökümətlər və maraqlı tərəflər arasında geniş məlumat mübadiləsi, araşdırma və dialoqa xidmət edəcək miqrasiya üzrə regional təlim mərkəzi vasitəsilə Azərbaycan, MDB və digər xarici ölkələrdə miqrasiya idarəçiliyi sahəsində regional təhsil potensialını və əməkdaşlığı artırmağı hədəfləryir.
Media Coverage
AZERTAC
FINANCETIME
NEZERMEDIA
XEBERMEDIA
UNNEWS
TEREFDAR
SMS