Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti insan alveri ilə bağlı birgə təlim keçirib

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti insan alveri ilə bağlı birgə təlim keçirib. Photo: IOM

Baku - Noyabrın 4-də BMqT-nin Azərbaycan nümayəndəliyi Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə “İnsan alverinə qarşı mübarizə” mövzusunda təlim keçirib. Dövlət qurumlarının əməkdaşlarının qatıldığı təlim Miqrasiya üzrə Regional Təlim Mərkəzində təşkil olunmuşdur.

Açılış mərasimində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb, təlimin əhəmiyyətindən söhbət açıblar.

Vladimir Qyorqiyev öz çıxışında insan alverinə qarşı mübarizə üzrə yerli mütəxəssislərin təliminin vacibliyini vurğuladı. Onun sözlərinə görə qurbanlarının sayı dünya miqyasında 25 milyonu ötən insan alveri qlobal problemdir, lakin yerli və keçid xarakterli də ola bilər. O, insan alverinin yaratdığı ciddi problemlərin həlli üçün Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndəliyə göstərdiyi dəstəyi yüksək qiymətləndirdi və bu problemin həllində səmərəli əməkdaşlığa görə Miqrasiya Xidmətinə, Daxili və Xarici İşlər nazirliklərinə, Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinə təşəkkürünü bildirdi.

DİN, DMX, ABŞ səfirliyi və BMqT-nin Azərbaycan nümayəndəliyinin ekspertləri tərəfindən keçirilən təlim kursu İnsan alveri mövzüsuna giriş və qanunvericilik çərçivəsi”, “İnsan alverinə qarşı mübarizədə Dövlət Miqrasiya Xidmətinin rolu”, “Insan alverinə dair mübarizə və Beynəlxalq çərçivə”, “İnsan alveri üzrə effektiv nəzarət” və “2021 İnsan Alverinə dair Hesabat: Azərbaycan”mövzularını əhatə edirdi.

Təlimin sonunda Vladimir Qyorqiyev, Vüsal Hüseynov və ABŞ səfirliyinin missiya rəhbərinin müavini Maykl Dikerson tərəfindən təlim iştirakçılarına sertifikatlar təqdim olundu.

Qeyd edək ki, təlimin baş tutduğu Miqrasiya üzrə Regional Təlim Mərkəzi BMqT-nin Azərbaycan nümayəndəliyi və DMX tərəfindən BMqT-nin İnkişaf Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində yaradılmışdır.

Layihə, regionda miqrasiya sahəsində hökümətlər və maraqlı tərəflər arasında geniş məlumat mübadiləsi, araşdırma və dialoqa xidmət edəcək miqrasiya üzrə regional təlim mərkəzi vasitəsilə Azərbaycan, MDB və digər xarici ölkələrdə miqrasiya idarəçiliyi sahəsində regional təhsil potensialını və əməkdaşlığı artırmağı hədəfləryir.

Media Coverage

AZVISION
AZERTAC
FINANCETIME
UNNEWS
SMS