-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti miqrasiya üzrə ilk Regional Təlimi təşkil etdi
25-27 may tarixlərində BMqT-nin Azərbaycan nümayəndəliyi Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə Azərbaycan da daxil olmaqla region dövlətləri, Mərkəzi Asiya və Şərqi Avropa ölkələrinndən Türkiyə, İran, Gürcüstan, Belarus, Modlova, Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstandan olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə “Miqrasiya sahəsində əsas konsepsiyalar və meyllər” mövzusunda ilk üç günlük onlayn regional təlim təşkil etdi. Bu tədbir bölgə ölkələrinin miqrasiya qurumlarının əməkdaşları üçün təlimilərin başlanğıcı olmaqla onların miqrasiya mövzusunda bilik və bacarıqlarını inkişaf etdirməyi nəzərdə tutur.
Təlimin açılış mərasimində BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Vladimir Qyorqiyev, DMX-nin rəisi cənab Vüsal Hüseynov və BMqT-nin Miqrasiya Tədqiqatları şöbəsinin rəhbəri xanım Marie McAuliffe çıxış etdilər.
Açılış nitqində, cənab Qyorqiyev, region ölkələrinin miqrasiya qurumlarının göstərdiyi xidmətin keyifyyətinin yüksəldilməsi üçün həmin qurumların əməkdaşlarının miqrasiya sahəsində aparıcı mütəxəssislərinə mühazirələrində və müzakirələrdə iştirak etmək imkanının yaradılmasının vacibliyini vurğuladı. O, həmçinin, bu təlimin iştirakçı ölkələrin miqrasiya sahəsindəki məlumat, bilik və ən yaxşı təcrübələrini bölüşmək üçün əlverişli bir məkan olduğunu qeyd etdi.
“İpək Yolunun bir hissəsi olaraq bu bölgə tarix boyu çox sıx sosial və mədəni əlaqələrə və əhəmiyyətli miqrasiya axınına sahibdir, eyni zamanda bu yaxın əlaqə və miqrasiya axını gələcəkdə də mövcud olacaqdır. Bu səbəbdən adı çəkilən sahədə regional potensialın artırılmasına ehtiyac var”, Qyorqiyev vurğuladı.
BMqT-nin Miqrasiya Tədqiqatları şöbəsinin rəhbəri xanım Marie McAuliffe çox vacib olan bu təşəbbüsün bölgə ölkələrinin uğurlu əməkdaşlığının başlanğıcı olacağına ümid etdiyini bildirdi: "Miqrasiya üzrə Qlobal Sazişlə əlaqəli hədəflərin həyata keçirilməsinin bir hissəsi olan bu təlim bölgə ölkələri üçün həqiqətən vacib bir təşəbbüsün tarixi bir başlanğıcıdır".
DMX-nin rəisi Vüsal Hüseynov bu layihənin DMX, BMqT, bölgə və uzaq xarici ölkələrin dövlət miqrasiya qurumları arasında əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyini vurğuladı.
BMqT-nin ekspertləri və yerli mütəxəssislər tərəfindən aparılan onlayn təlim kursu, Miqrasiyaya giriş: Əsas termiinlər və anlayışlar; Beynəlxalq miqrasiya meylləri; Miqrasiya İdarəetmə Siyasətləri və Strategiyaları adlı modullara bölünməklə təlimin mövzusunun dərin təhlilini təmin etmək məqsədi ilə qarşılıqlı sual-cavab formasında təşkil olunmuşdur.
Miqrasiya ilə bağlı ilk regional onlayn təlim BMqT-nin Azərbaycan nümayəndəliyi və DMX tərəfindən BMqT-nin İnkişaf Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunmuşdur.
Layihə, regionda miqrasiya sahəsində hökümətlər və maraqlı tərəflər arasında geniş məlumat mübadiləsi, araşdırma və dialoqa xidmət edəcək miqrasiya üzrə regional təlim mərkəzi vasitəsilə Azərbaycan, MDB və digər xarici ölkələrdə miqrasiya idarəçiliyi sahəsində regional təhsil potensialını və əməkdaşlığı artırmağı hədəfləryir.
Media Coverage