-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti Miqrasiya üzrə Regional Təlim Mərkəzi layihəsi çərçivəsində donorla görüşü təşkil edib
Aprelin 19-da BMqT-nin Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti (DMX) BMqT-nin İnkişaf Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində donorlarla görüş təşkil etmişdir.
Açılış nitqində BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev region ölkələrinin hökumətlərarası və idarələrarası əməkdaşlığı gücləndirən, qabaqcıl təcrübə və standartları paylaşmağa imkan verən və miqrasiya mövzularında regional dialoqu genişləndirən layihənin əhəmiyyətini vurğuladı.
Qyoqrqiyev qeyd edib ki, layihə artıq DMX, BMqT, regionun və kənar ölkələrin qurumları arasında əməkdaşlığın gələcək inkişafına mühüm töhfə verib.
Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində regional səviyyədə təlimlərin təşkilinin səmərəliliyini və perspektivini vurğulayan Qyorqiyev region ölkələrinin miqrasiya qurumlarının nümayəndələri üçün Azərbaycanda keçirilən təlimlərlə yanaşı, BMqT-nin Türkiyə və Özbəkistanda da birgə təlimlər keçirdiyini bildirdi.
“Bu təlimlər region ölkələri, beynəlxalq və yerli təşkilatlar arasında əməkdaşlığın genişlənməsinə töhfə verib”, - deyə Qyorqiyev bildirdi.
Layihənin uğurla həyata keçirilməsinin tərəfdaş ölkələr arasında sıx əməkdaşlıq şəraitində, miqrasiya sahəsində bilik və təcrübə mübadiləsi ilə müşayiət olunduğu şəraitdə mümkün olduğunu qeyd edən Vladimir Qyorqjiyev vurğulamışdır ki, təlimçilər üçün keçirilən təlimlər həm də miqrasiya sahəsində təcrübəli kadrların yetişdirilməsinə zəmin yaradır və bu da təlim mərkzənin uğurunun əsas təminatıdır.
Görüş zamanı iştirakçılar - aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, BMT agentliklərinin və səfirliklərin nümayəndələri layihənin təqdimatı, MRTM-nin işi, təlim proqramları, mərkəzin internet səhifəsi və tədris mərkəzinin inkişaf perspektivləri ilə tanış oldular.
Tədbirin sonunda təşkilatçılar potensial donorları orta və uzunmüddətli mərhələlər çərçivəsində region üçün mühüm əhəmiyyət daşıyan layihəni dəstəkləməyə çağırıdılar.
BMqT-nin Azərbaycan nümayəndəliyi və DMX tərəfindən BMqT-nin İnkişaf Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi regionda miqrasiya sahəsində hökümətlər və maraqlı tərəflər arasında geniş məlumat mübadiləsi, araşdırma və dialoqa xidmət edəcək miqrasiya üzrə regional təlim mərkəzi vasitəsilə Azərbaycan, MDB və digər xarici ölkələrdə miqrasiya idarəçiliyi sahəsində regional təhsil potensialını və əməkdaşlığı artırmağı hədəfləryir.
Mediada