-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Sosial Müdafiə Fondu əməkdaşlıq yollarını müəyyənləşdirir
3 iyun tarixində BMqT-nin nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbərliyi ilə görüşdülər.
Nümayəndələri salamlayan DSMF-in İdarə Heyətinin sədri Himalay Məmişov Fondun fəaliyyəti, son illərdə sosial təminat sistemində aparılan islahatlar, əhaliyə göstərilən elektron xidmətlər və qarşıdan gələn dövrlər üçün prioritet hədəfləri barədə məlumat verdi.
Elbrus Məmişov çıxışında DSMF-in BMqT-in Azərbaycan nümayəndəliyi ilə insanların rifahının artırılması və sosial təminat sahəsindəki işlər, xüsusən də ölkəyə könüllü olaraq qayıdan Azərbaycan vətəndaşları olan miqrantlar üçün kiçik biznesin yaradılmasına dəstək verilməsi sahəsində, habelə Fondun təklif etdiyi mümkün yardım imkanlarını və hüquqi sənədləri əldə etmək üçün internetə çıxışı olmayan kənd yerlərində insanlar arasında maarifləndirmə fəaliyyəti kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu bildirdi.
BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, təmsil etdiyi qurumun səlahiyyətlərinə aid miqrasiya, reabilitasiya, həssas icma üzvləri və insan alveri qurbanlarının biznes təşəbbüslərinə dəstək, texniki yardım və qanunvericiliklə bağlı maarifləndirmə fəaliyyətləri kimi sahələrdə DSMF ilə əməkdaşlıq etmək üçün hazır olduqlarını təsdiqlədi.
Görüş sıx əməkdaşlıq şəraitində keçdi, qarşıdakı fəaliyyətlərlə əlaqəli bəzi məsələlərə aydınlıq gətirildi və razılaşdırıldı. Tərəflər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi apardılar və gələcək təşəbbüslər üzərində işləmək üçün işçi qrupunun yaradılması barədə razılığa gəldilər.
Media Coverage
APA
OLAYLAR
UNAZERBAIJAN
FINANCETIME
AZERTAC
AZERFORUM