-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi yerli icmaları dəstəkləyir
Beynəlalq Miqrasiya Təşkilatı Azərbaycan nümayəndəliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi ‘Həssas İcmaların Dayanıqlılığının Gücləndirilməsi’ layihəsi çərçivəsində yerli icmaları dəstəkləməyə davam edir. Bu fəaliyyət çərçivəsində Qusar rayonunda yaşayan layihə benefisiarı kartof çıxartma qoşqusu ilə təmin edilmişdir. Bu dəstək kartof yığımında məhsuldarlığın və keyfiyyətin yüksəldilməsinə, eyni zamanda həm benefisiar, həm də icmadakı fermerlərin gəlirlərinin artmasına öz töhfəsini verəcəkdir.
Qeyd edək ki, BMqT-nin Azərbycan nümayəndəliyi 2017-ci ildən etibarən Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi ilə birgə ‘Həssas İcmaların Dayanıqlılığının Gücləndirilməsi’ layihəsini icra etməkdədir. Layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyələşdirilir. Layihə həssaslığı ilə seçilən əhali qruplarının sosial-iqtisadi rifahının artırılması məqsədini daşıyır. Layihə çərçivəsində həssas icmalara dəstək məqsədi ilə ilk öncə icmalar tərəfindən müəyyənləşdirilmiş fərdlərə kiçik biznesin inkişafı təlimləri keçilmişdir. Daha sonra təlimlərdə iştirak etmiş icma üzvləri tərəfindən təqdim olunmuş və ekspertlər tərəfindən qiymətləndirmədən sonra seçilmiş uğurlu kiçik biznes planlarına maliyyə dəstəyin göstərilməsi vasitəsi ilə hədəf qruplar arasında özünüməşğulluq imkanlarının artırılması həyata keçirilir.