Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə “Səhiyyə işçiləri üçün insan alveri qurbanları ilə etik davranış qaydaları” mövzusunda keçirilən silsilə maarifləndirmə tədbirləri uğurla başa çatmışdır

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə “Səhiyyə işçiləri üçün insan alveri qurbanları ilə etik davranış qaydaları” mövzusunda keçirilən silsilə maarifləndirmə tədbirləri uğurla başa çatmışdır. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə “Səhiyyə işçiləri üçün insan alveri qurbanları ilə etik davranış qaydaları” mövzusunda keçirilən silsilə maarifləndirmə tədbirləri uğurla başa çatmışdır. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə “Səhiyyə işçiləri üçün insan alveri qurbanları ilə etik davranış qaydaları” mövzusunda keçirilən silsilə maarifləndirmə tədbirləri uğurla başa çatmışdır. Photo: IOM

Baku - Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və ABŞ-ın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən səhiyyə işçiləri üçün keçrilən “Səhiyyə işçiləri üçün insan alveri qurbanları ilə etik davranış qaydaları” mövzusunda silsilə maarifləndirmə tədbirləri başa çatmışdır. Cari ilin avqust ayında başlayan maarifləndirmə tədbirləri 12 rayon - Şamaxı, İsmayıllı, Şirvan, Balakən, Zaqatala, Quba, Qusar, Xızı, Bərdə, Mingəçevir, Lənkəran, Şəmkir rayon xəstəxanalarında 280 (254 qadın, 26 kişi) səhiyyə işçisinin iştirakı uğurla tamamlanmışdır.

Insan Alveri Qurbanlarına Yardım Mərkəzinin hüquq məsləhətçisi Eldar Muradov: “İnsan alveri təkcə sosial problem deyil, həm də səhiyyə məsələsidir. Tibb işçiləri insan alverinə məruz qalmış şəxsləri müəyyən etməyə, müalicə etməyə və onlara kömək etməyə hazır olmalıdırlar. Bu baxımdan mərkəz tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri səhiyyə işçiləri arasında məlumatlığın artırılmasında mühim əhəmiyyət kəsb edir.

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin psixoloqu Ülvi Zeynalov: “ İnsan alveri qurbanlarının qarşı davranışda stiqmalara yol verilməməli, onlara dair məlumatın konfidensiallığı qorunmalıdır. Məhz bu kimi mənfi halların baş verməməsi üçün səhiyyə işçilərinin maariflənməsi vacib məsələlərdəndir” – deyə qeyd edib.

İsmayıllı RMX-nın həkimi Əkbərova Narxanım: “İnsan alveri fenomeni haqqında daha çox məlumatlı olmaqla səhiyyə işçiləri olaraq biz qurbanların yenidən qurbana çevrilməsinin qarşısının alınmasına kömək etmiş olarıq. Fkrimcə bu kimi tədbirlər qurbanlarla birbaşa işləyən bütün müəssisələrdə keçirilməlidir.” Zaqatala RMX-nın həkim-lobarantı Mustafayev Xaləddin təlim sessiyası zamanı yeni məlumatlar əldə etdiklərini və təlimin səmərəli qeyd edib.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin ABŞ-ın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan Alverinə Qarşı Mübarizə Fəaliyyəti” layihəsi mövcud və potensial insan alveri, məcburi əmək və gender əsaslı zorakılıq qurbanlarına yardım göstərən vətəndaş cəmiyyəti təşkilatlarının sığınacaqlarına texniki və maliyyə dəstəyi göstərir və insan alveri, məcburi əmək və gender əsaslı zorakılıq formaları ilə mübarizə sahəsində çoxtərəfli koordinasiya və əməkdaşlığın genişləndirilməsini dəstəkləyir.

Media Coverage

FINANCETIME
AZERTAC
NEZERMEDIA
XEBERMEDIA