-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə “Səhiyyə işçiləri üçün insan alveri qurbanları ilə etik davranış qaydaları” mövzusunda təlim keçirildi
Baku - Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi ABŞ-ın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin nəzdnində olan İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinə insan alverinin mövcud və potensial qurbanlarının mövcüd xidmətlərdən istifadəsini asanlaşdırmaq üçün Bakıdan kənarda olan icmalara, hakimiyyət orqanlarına, səhiyyə işçiləri və vətəndaş cəmiyyəti üzvlərinə təlim keçmək üçün dəstək verir. Bu məqsədlə İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi BMqT-nin dəstəyi ilə noyabr ayının 18-də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında “Səhiyyə işçiləri üçün insan alveri qurbanları ilə etik davranış qaydaları” mövzusunda maarifləndirici tədbir təşkil etmişdir.
Səhiyyə müəssisəsinin 25 nəfər əməkdaşlarının qatıldığı təlim səhiyyə işçilərinin insan alveri qurbanlarına qarşı etik müalicə təlimatları və qaydaları, məxfiliyin pozulmasına görə hüquqi məsuliyyətin mövcudluğu haqqında məlumatlarını artırmağa xidmət etmişdir.
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşı Ülvi Zeynalov insan alveri ilə bağlı ictimayyət arasında maarifləndirmə işlərnin aparılmasının vacibliyini qeyd edərək bu məsələdə, həmçinin insan alveri qurbanlarının aşkar olunmasında tibb işçilərinin rolunun əhəmiyyətli olmasını qeyd etdi.
Təlim zamanı iştirakçılara, həmçinin İnsan alveri haqqında, insan alveri qurbanları və potensial qurbanlar haqqında, insan alverinin ünsürləri, istismarın növləri, insan alverin qurbanlarının əlamətləri, həmçinin insan alverinə qarşı mübarizəyə dair mövcud olan qanunvericilik haqqında ümumi məlumat verildi.
Təlimin sonunda insan alverinə qarşı mübarizə ilə bağlı videoçarx nümayiş olundu və kitabçalar və bukletlər paylanıldı. Təlim iştirakçılar tərəfindən verilən sualların cavablandırılması ilə yekunlaşdı.
Qeyd edək ki, bundan əvvəl eyni tədbirlər Balakən, Şamaxı, İsmayıllı, Zaqatala, Qusar, Şirvan və Lənkəran rayon xəstəxanalarının əməkadaşları üçün də keçirilmişdir.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin ABŞ-ın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan Alverinə Qarşı Mübarizə Fəaliyyəti” layihəsi mövcud və potensial insan alveri, məcburi əmək və gender əsaslı zorakılıq qurbanlarına yardım göstərən vətəndaş cəmiyyəti təşkilatlarının sığınacaqlarına texniki və maliyyə dəstəyi göstərir və insan alveri, məcburi əmək və gender əsaslı zorakılıq formaları ilə mübarizə sahəsində çoxtərəfli koordinasiya və əməkdaşlığın genişləndirilməsini dəstəkləyir.