Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin fəaliyyətini əks etdirən fotoşəkillər Azərbaycan-BMT əməkdaşlığının 30 illiyinə həsr olunmuş sərgidə nümayiş olunur

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin fəaliyyətini əks etdirən fotoşəkillər Azərbaycan-BMT əməkdaşlığının 30 illiyinə həsr olunmuş sərgidə nümayiş olunur. Photo: IOM

Baku - Martın 2-də dənizkənarı Bulvarda BMT-Azərbaycan tərəfdaşlığının 30 illiyinə həsr olunmuş fotosərginin açılışı olub. Sərgidə tərəfdaşlığın tarixini və BMT-nin Azərbaycanda həyata keçirdiyi fəaliyyətləri əks etdirən fotolar nümayiş olunur. Sərgidə həmçinin BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin həyata keçirdiyi layihələr çərçivəsində kəhrizlərin bərpası, insan alverinə qarşı mübarizə, məcburi köçkünlərin, həsass icmaların, gənclərin biznes fəaliyyətlərinə dəstək, münaqişədən zərər çəkmiş insanlara, ölkəyə könüllü qayıdan yerli vətəndaşlara və Azərbaycanda yaşayan xarici miqrantlara göstərilən yardımları və digər fəaliyyətləri əks etdirən fotoşəkillər də yer alıb.

BMT-nin Rezident əlaqələndiricisi Vladanka Andreeva və Xarici işlər nazirinin müavini Elnur Məmmədovun açılış nitqi ilə başlayan tədbirdə BMT və dövlət rəsmiləri, diplomatlar, vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak edib.

Sərgi öz işini cari ay ərzində davam etdirəcək.

Qeyd edək ki, Azərbaycan 1992-ci il martın 2-də BMT Baş Assambleyasının 46/230 saylı qətnaməsi ilə BMT-nin üzvlüyünə qəbul edilib. Elə həmin il mayın 6-da Azərbaycan BMT-nin Nyu-York şəhərindəki mənzil qərargahında öz daimi nümayəndəliyini açıb. 1992-ci ilin noyabr ayında isə BMT-nin ilk nümayəndəliyi Azərbaycanda fəaliyyətə başlayıb.

Bugünkü tədbirlə BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş kampaniyaya start verilir. İl ərzində Azərbaycan hökuməti, vətəndaş cəmiyyəti təşkilatları, təhsil ocaqları və digər tərəfdaşlarla birlikdə bir sıra tədbirlər həyata keçiriləcək. Bu sırada Dayanıqlı İnkişaf Məqsədləri və Azərbaycanın onlara nail olmaq üçün gördüyü işlərə həsr olunmuş tədbirləri, BMT modeli konfransını, ağac əkmə kampaniyasını və müxtəlif müsabiqələri qeyd edə bilərik.