-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Gömrük Sərnişin Məlumat Mərkəzinin açılış mərasimində iştirak edib
Baku - Yanvarın 25-də BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Dövlət Gömrük Komitəsinin təşkil etdiyi və dövlət rəsmiləri, diplomatlar, o cümlədən ekspertlərin qatıldığı Gömrük Sərnişin Məlumat Mərkəzinin açılış mərasimində iştirak edib.
Rəsmi açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva, BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, Böyük Britaniya Sərhəd Xidmətinin Avrasiya regionu üzrə rəhbəri Mateyu Bekinqem, BMT-nin Terrorizmə qarşı mübarizə İdarəsinin Terrorçuların səyahətləri ilə mübarizə şöbəsinin müdiri Kristin Erika Bredli giriş nitqi ilə çıxış etdilər.
BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev öz çıxışında vaxt və resurs səmərəliliyini artıracaq yeni istifadəyə verilən sistemin Azərbaycan üçün əhəmiyyətini vurğuladı. O qeyd etdi ki, BMqT miqrasiya və sərhəd idarəetmə məsələləri ilə bağlı müxtəlif çağırışlara daha effektli reaksiya vermək üçün lazım olan siyasətin, qanunvericiliyin, əməliyyat sistemlərinin, insan resurslarının, inzibati və texniki strukturların təkmilləşdirilməsində Gömrük Komitəsi də daxil olmaqla dövlət qurumlarını dəstəkləyir.
Qyorqiyev BMqT-nin sərhəd təhlükəsizliyinə, qeyri-qanuni miqrasiyaya, terrorizmə və ağır iqtisadi cinayətlərə qarşı mübarizəyə töhfə verən müvafiq rəsmi orqanların əməliyyat imkanlarını gücləndirmək istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bir daha təsdiq etdi.
Açılış nitqlərindən, “Gömrük Sərnişin Məlumat Mərkəzi və onun funksiyaları”nın təqdimatı və BMT-nin Terrorla Mübarizə üzrə Səyahət Proqramı (GoTravel) ilə bağlı videoçarxın nümayişindən sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında yerləşən Gömrük Sərnişin Məlumat Mərkəzinin rəsmi açılışı oldu.
Qeyd edək ki, BMqT-nin Azərbaycan nümayəndəliyi BMqT İnkişaf Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanda beynəlxalq qabaqcıl təcrübə və standartlar əsasında sərnişin və sənədləşmə əməliyyatları üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində Azərbaycan hökümətinə Sərnişinlərə dair İlkin Məlumat (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) sistemlərinin tətbiqi ilə bağlı dəstək vermişdir. Qeyd olunan layihə çərçivəsində nümayəndəlik Birləşmiş Millətlər Təşkilatının Terrorla Mübarizə İdarəsi və Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı ilə birgə API və PNR sistemlərinin tətbiqi ilə bağlı müvafiq dövlət qurumları və hava şirkətlərinin nümayəndələri üçün seminar keçirmişdir.
Bundan əlavə, BMqT-nin Azərbaycan nümayəndəliyi 2021-ci ilin 24-25 avqust tarixlərində API və PNR sistemlərinin tətbiqi üzrə işçi qrupun üzvlərinin Fransanın Paris şəhərinə tanışlıq səfərini təşkil etmişdir. Nümayəndə heyətinə Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Xarici Kəşfiyyat Xidməti, Dövlət Miqrasiya Xidmətinin nümayəndələri daxil idi. Tanışlıq səfəri zamanı Azərbaycan nümayəndə heyəti API/PNR və Sərnişin Məlumat Bölməsinin (SMB) tətbiqinin vacib aspektlərini müşahidə və müzakirə etmək, bununla bağlı öz qanunvericilik islahatlarını, habelə sistemlərin tətbiqi ilə əlaqədar məsələlər və çətinliklərlə bağlı fikir mübailəsi etmək imkanı əldə etmişdilər.
Media Coverage