-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Xəzər dənizinə həsr olunan beynəlxalq konfransda iştirak edib
Baku - İyulun 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT-nin İnnkişaf Proqramının dəstəyi ilə “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda hybrid formatda beynəlxalq konfrans keçirilidi.
Xəzəryanı ölkələrin mütəxəssislərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və xarici ekspertlərin iştirakı ilə keçirilən konfransda Xəzər dənizinin hazırkı və gözlənilən səviyyə tərəddüdləri, həmçinin iqlim və səviyyə proqnozlarını nəzərə alaraq milli və regional uyğunlaşma tədbirlərinin müəyyən edilməsi üçün əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edildi.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev tərəfindən Xəzər dənizi regionunda Urbanizasiya və İqlim Dəyişikliyinə Uyğunlaşma üzrə proqram təklifi ilə bağlı təqdimatı iştirakçıların marağına səbəb oldu. Təqdimat zamanı o qeyd etdi ki, BMT-nin Məskunlaşma Proqramı, BMT-nim Ətraf Mühit Proqramı və BMqT-nin Miqrasiya, Ətraf Mühit və İqlim Dəyişikliyi Bölməsi tərəfindən Uyğunlaşma Fondu üçün birgə hazırlanan proqram təklifində əsas diqqət dəniz səviyyəsinin dəyişməsi, artan daşqınlar, intensiv quraqlıqlar və temperaturun yüksəlməsinin mənfi təsirlərinin aradan qaldırılmasına yönələcək. Proqram regional, milli, yerli və inkişaf etdirici komponentlərdən ibarət olacaq.
Proqram təklifinin milli komponenti haqqında danışan Vladimir Qyorqiyev bildirdi ki, təklif olunan proqram Azərbaycanda iqlim dəyişikliyi və fəlakətlə bağlı risklər və təsirlərin, xüsusən də yerli icmaların dəniz səviyyəsinin dəyişməsinə, quraqlıq, istilik dalğaları və daşqınlara qarşı danıqlığına və onların miqrasiya ilə əlaqələrinə təsirinin aradan qaldırılmasına yönəlmiş siyasətlər, planlar və tədbirlər hazırlamaq üçün milli və yerli səviyyəli potensialı gücləndirəcək.
Layihə yerli səviyyədə Neftçalada və Bakıda şoranlaşma, quraqlıq və daşqınlar barədə erkən xəbərdarlıq sisteminin yaradılmasına diqqət yetirəcəkdir. Yağış suyunun yığılması və inteqrasiya olunmuş su idarəçiliyinin planlaşdırılması vasitəsilə su təhlükəsizliyi və idarə edilməsi layihənin yerli komponentinin üçüncü hissəsi olacaqdır.
Konfrans zamanı iştirakçılar həmçinin ötən onillikdə iqlim dəyişikliyi templərinin artması və gələcək dəyişikliklər üzrə aparılan tədqiqatlar barədə fikir mübadiləsi apardılar.
Media Coverage