Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin təmsilçiləri 6-cı Beynəlxalq Bankçılıq Forumunda iştirak edib

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin təmsilçiləri 6-cı Beynəlxalq Bankçılıq Forumunda iştirak edib. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin təmsilçiləri 6-cı Beynəlxalq Bankçılıq Forumunda iştirak edib. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin təmsilçiləri 6-cı Beynəlxalq Bankçılıq Forumunda iştirak edib. Photo: IOM

BMqT-nin Azərbaycan nümayənədliyinin təmsilçiləri 24-25 noyabr tarixlərində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçirilən 6-cı Beynəlxalq Bankçılıq Forumunun (BBF) işində iştirak ediblər.

Forumun “Ödənişlər: asanlıqdan super sürətli və super maneəsizə doğru” mövzusunda keçirilmiş panel müzakirəsində BMqT-nin Azərbaycan nümayəndəliyi tərifindən Dövlət Miqrasiya Xidmətinin tərəfdaşlığı və BMqT İnkişaf Fondunun maliyyə dəstəyilə icra edilən “Azərbaycanda Pul Köçürmələrinin Sosial-İqtisadi Təsirlərinin Artırılması” layihəsi təqdim edilmişdir. BMqT-nin beynəlxalq eksperti, adı çəkilən layihənin tədqiqat qrupunun rəhbəri Anna Proxorova pul köçürmələri ilə bağlı hökumətin siyasəti, strategiya və qaydalarının, habelə rəqəmsal pul köçürmələri ilə əlaqədar mövcud infrastruktur, texnologiya və modellərin qiymətləndirilməsi üzrə sözügedən layihə çərçivəsində hazırlanmış hesabatın nəticələrini təqdim etmişdir. Bununla yanaşı, çıxış zamanı rəqəmsal pul köçürmələrinin və bununla bağlı maliyyə xidmətlərinin artırılması barədə təkliflər səsləndirilmişdir.

Qeyd edək ki, forumda ABŞ, Türkiyə, Avropa İttifaqı, MDB, Yaxın Şərq və digər ölkələrdən olan dövlət qurumları, kommersiya bankları, şirkətlər, o cümlədən fintek təssisatları, beynəlxalq maliyya institutları və qeyri-hökümət təşkilatlarının 1000-dən artıq nümayəndəsi iştirak edir.

Adıçəkilən iki illik layihənin əsas məqsədi Azərbaycanlı emiqrantların və Azərbaycanda yaşayan miqrantların, eləcə də pul köçürmələri zamanı Azərbaycanda və xaricdə vəsait alanların maliyyə inklüzivliyini və rəqəmsal maliyyə xidmətlərinə əlçatanlığını artırmaqla onların yaşayış səviyyəsinin davamlı inkişafına töhfə verməkdir.