-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi İnsan Alveri qurbanlarının müəyyən edilməsi üzrə Təlimçilər üçün Təlim keçirir
Baku - Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi (BMqT) Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “İnsan Alverinə qarşı Mübarizə üzrə Fəaliyyət” Layihəsi çərçivəsində avqust ayının 30-dan sentyabr ayının 3-dək davam edəcək ilkin yardım tərəfləri üçün insan alveri qurbanlarının müəyyən edilməsi üzrə təlimçilər üçün 5 günlük təlimlərə başlayıb. Beynəlxalq və yerli ekspertlər tərəfindən aparılan təlimlərə dövlət qurumların, vətəndaş cəmiyyəti təşkilatlarının və özəl sektorun nümayəndələri qatılıblar.
Təlimlərin açılış sessiyasında çıxış edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirlyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəhbəri cənab Həzi Aslanov hökumət orqanlarına göstərilən dəstək, eləcə də insan alveri qurbanlarına edilən yardım sayəsində BMqT-nin insan alverinə qarşı mübarizədə işini yüksək qiymətləndirdi. Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində əvvəlki illərdə əldə etdiyi uğurları qeyd edən Həzi Aslanov, BMqT-nin Azərbaycan nümayəndəliyi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilən layihənin bu sahəyə mühüm töhfə verdiyini vurğuladı: “İnsan alveri cinayətlərinin Azərbaycanın Cinayət Məcəlləsinə müstəqil cinayət növü kimi təsdiq olunduğu 2005-ci ildən 2021-ci ilə qədər keçirilən istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri nəticəsində 1714 insan alveri və məcburi əmək cinayəti qeydə alınmış, 594 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş və 1070 qurbana reinteqrasiya yardımı göstərilmişdir”.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab cənab Vladimir Qyorqiyev ölkənin insan alveri və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə səylərinin səmərəliliyinin artırılması üçün insan alveri haqda insanlar arasında məlumatlılığın artırılması istiqamətində Azərbaycanda bu sahədə çalışan tərəfdaş qurumlar arasında əməkdaşlığın əhəmiyyətini vurğuladı: "Biz insan alverinə qarşı mübarizə haqqında məlumatlılığı artırmalı və bu problemə vahid bir yanaşmanı təmin etməliyik. Təşkilatımız İnsan Alverinə qarşı Milli Fəaliyyət Planının həyata keçirilməsində Azərbaycan hökümətini dəstəkləməkdə davam edəcək".
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ofis direktoru xanım Dhulce-Janise hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının üçün əhəmiyyətli olan bu təlimin onlara səmərəli fəaliyyət göstərəcəklərinə töhvə verəcəyinə ümid etdiyini bildirdi.
Təlim zamanı beynəlxalq və yerli mütəxəssislər, Azərbaycan Respublikasının dövlət orqanlarının müvafiq vəzifəli şəxsləri və bu sahədə fəaliyyət göstərən qurumlarının nümayəndələrindən ibarət olan iştirakçılar BMqT-nin təlimçisi və eksperti Valbona Lenca tərəfindən təlim aldılar və insan alveri, Azərbaycanda və xaricdə insan alverinə qarşı mübarizə sistemi, insan alveri qurbanlarının müdafiəsi ilə bağlı təcrübələrini, naliyyətlərini bölüşmək və bu sahədə biliklərini genişləndirmək imkanı qazandılar.
Təlim iştirakçılarından olan Gəncə şəhərində yerləşən “Təmas” Regional İnkişaf İctimai Biriyinin rəhbəri Südabə Məmmədova iştirakçıların təcrübəli hüquq -mühafizə orqanlarının əməkdaşları və QHT-lərin peşəkarları olmasına baxmayaraq bu təlim onlara biliklərini insan alverinə qarşı mübarizə problemi üzərində quraraq başqalarına təlim vermək üçün xüsusi bilik və vasitələrlə təmin etdi.
“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin nümayəndəsi Günel Ələkbərova isə təlimlərə qatılan dövlət qurumları və digər qeyri hökümət təşkilatların nümayəndələri ilə birgə qrup şəklində işləmələrinin onların əməkdaşlığı baxımından əhəmiyyətli olduğunu qeyd etdi. “Biz burda öz həmkarlarımızla, dövlət qurumlarının nümayəndələrindən təcrübə mübadiləsi etmək, fəaliyyət göstərdiyimiz sahədə mövcüd olan qanunvericilikdə olan dəyişiklikliklər və yeni qanunlar haqda məlumat əldə etmək imkanı qazandıq”.
Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi (BMqT) tərəfindən icra olunan və USAİD tərəfindən maliyyələşdirilən “İnsan Alverinə qarşı mübarizə üzrə Fəaliyyət” adlı layihənin əsas məqsədi insan alveri haqqında ictimaiyyətin məlumatlandırılması və insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına yardım edən sığınacaqları idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi göstərmək vasitəsilə insan alveri və məcburi əməyin qarşısının alınması və onlarla mübarizədə Azərbaycanın fəaliyyətininin effektivliyinin daha da artırılmasında ölkə Hökumətinə və vətəndaş cəmiyyəti təşkilatlarına dəstək göstərməkdən ibarətdir.
Media Coverage
UN Azerbaijan
Finance Time
IOM Azerbaijan Facebook
In English
Finance Time