-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi insan alverinə qarşı mübarizədə diasporun rolu mövzusunda dəyirmi masada iştirak edib
22 avqust tarisində “Təmiz Dünya” İctimai Birliyinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizədə diasporun rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə iştirak edən BMqT-nin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Anar İskəndərov təmsil etdiyi qurumun insan alveri ilə mübarizə sahəsində faəliyyətləri haqqında çıxış etmiş və bu sahədə diasporların potensialından istifadə etməklə bütün maraqlı tərəflərin, o cümlədən hökumətlərin, beynəlxalq təşkilatların, QHT-lərin, özəl sektorun və icmaların səylərinin birləşdirilməsinin əhəmiyyətini vuğulamışdır.
O, çıxışında BMqT-nin insan alverinin qarşısının alınması, qurbanların müdafiəsi, insan alverçilərnin təqibi və tərəfdaşlıq sahəsində çoxsektorlu fəaliyyəti inkişaf etdirmək üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etdiyini qeyd etmişdir. BMqT Azərbaycanda insan alveri, məişət zorakılığı və məcburi əməyin potensial və faktiki qurbanlarına yardım edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi, insan alveri ilə bağlı ictimaiyyətin məlumatlılığını artırlması və bu sahədə çalışanların bilik və bacarıqlarının gücləndirilməsi kimi fəaliyyətlər həyata keçirir.
Bu təşəbbüslərin məqsədi “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın 10-cu Məqsədinə (Beynəlxalq miqrasiya kontekstində insan alverinin qarşısının alınması, ona qarşı mübarizə və aradan qaldırılması) nail olmaqdır. Bu məqsədə çatmaq maraqlı tərəflərin beynəlxalq miqrasiya kontekstində insan alveri hallarını istintaqını aparmaq, insan alverçilərini mühakimə etmək və cəzalandırmaq, insan alverinə gətirib çıxarn istismarı stimullaşdıran tələbin qarşısını almaq və insan alveri şəbəkələrinin cəzasızlığına son qoyulması üçün potensialları və beynəlxalq əməkdaşlığı gücləndirməklə insan alverinin qarşısını almaq, onunla mübarizə aparmaq və aradan qaldırmaq üçün qanunvericilik və ya digər tədbirləri həyata keçirmək öhdəliyini tələb edir,
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Daxili İşlər Nazirliyi yanında İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, insan alveri sahəsində fəaliyyət göstərən Vətəndaş Cəmiyyəti Təşkilatlarının üzvləri və xaricdəki azərbaycanlıların diaspor icmalarının nümayəndələri insan alverinə qarşı mübarizəyə verə biləcəkləri töhfələri müzakirə etdilər.