-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru yüksək səviyyəli görüşlər və Qoşulmama Hərəkatının Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfər edib
BMqT-nin Baş direktoru Antonio Vitorino Azərbaycanın paytaxtı Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirib və burada o, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşdə Antonio Vitorino Zirvə toplantısının dünyanın aktual problemləri, o cümlədən insan mobilliyi ilə bağlı müzakirələr aparmaq üçün imkan yaratdığını qeyd edi.
"BMqT Azərbaycan Hökuməti, BMT agentlikləri və digər tərəfdaşları ilə hökumətin məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına dəstək verən proqramına töhfə verməkdən çox məmnundur. Mən bu əməkdaşlığın gücləndirilməsini səbirsizliklə gözləyirəm,” deyən cənab Vitorino təşkilatın bu sahədə mövcud olan geniş təcrübəsi ilə bölüşməyə hazır olduğunu vurğuladı.
O, Azərbaycanın qaçqınların müdafiəsi və beynəlxalq miqrasiya üzrə məşvərətçi proses olan 2023-2024-cü illər üzrə Almatı prosesinə sədrliyini qeyd edərək, miqrasiya ilə bağlı davamlı dialoqun və məlumat mübadiləsinin müzakirəsi baxımından bu platformanın əhəmiyyətini vurğuladı.
Səfərin birinci günü Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə BMqT arasında Miqrasiya üzrə Regional Təlim Mərkəzi (MRTM) ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimi zamanı cənab Vitorino Mərkəzin müvafiq qurumlararası əməkdaşlığı gücləndirəcəyini, qabaqcıl təcrübə və standartların mübadiləsini yaxşılaşdıracağını, regional dialoqu genişləndiricəyini və cəmiyyətə miqrasiya mövzularına çıxışı təmin edən dinamika yaradacağını qeyd etdi.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Təlim Mərkəznin yaradılmasını nəzərdə tutan layihənin artıq Miqrasiya Xidməti, BMqT, region və kənar ölkələrin müvafiq qurumları arasında əməkdaşlığın daha da inkişafına mühüm töhfə verdiyini bildirdi. “Artıq layihə çərçivəsində Yaxın Şərq, Mərkəzi Asiya və Şərq Tərəfdaşlığı ölkələrindən 200-ə yaxın nümayəndənin iştirakı ilə 10-dan artıq təlim sessiyası keçirilib”, - deyə o bildirib.
Cənab Vitorinonun Xarici İşlər naziri Ceyhun Bayramovla görüşündə Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması miqrasiya prosesləri, təşkilat və Hökumət arasında ikitərəfli əməkdaşlıq sahəsində atılan mühüm addım kimi qiymətləndirilib.
Görüş zamanı BMqT ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq sahələri, o cümlədən miqrasiyanın idarə edilməsi, insan alverinə qarşı mübarizə, həssas hədəf qruplarının, məcburi köçkünlərin dəstəklənməsi və könüllü qayıdışın dəstəklənməsi üzrə davam edən proqramlar müzakirə edilib.