-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi könüllü olaraq mənşə ölkəsinə qayıdan 478 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı göstərmişdir
Baku - BMqT, Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkələrinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımlarının çatdırmasına davam etmişdir. Bu dəstəyin əsas məqsədi könüllü qayıdan şəxslərin mənşə ölkəsində uğurlu reinteqrasiyası və aid olduqları cəmiyyətin bir hissəsi kimi özlərini hiss etmələrinin təminidir.
BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda Avstriya, Almaniya, Belçika, Çexiya, Estoniya, Finlandiya, İslandiya, İspaniya, Niderland Krallığı, Latviya, Litva, Serbiya, Yunanıstan və Türkiyədən könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir.
2021-ci il ərzində BMqT-nin dəstəyi ilə 442 nəfər könüllü olaraq ölkəyə qayıtmışdır. Qayıtmış şəxslər ən çox Almaniyadan (354 nəfər), Niderland Krallığından (41 nəfər), Türkiyədən (9 nəfər) və Avstriyadan (8 nəfər) olmuşdur.
KQYR layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan şəxslərə reinteqrasiya planlarının tərtib edilməsi ilə bağlı görüşlər keçirilmiş, bunun nəticəsi olaraq ümumilikdə 478 nəfər yardımlardan faydalanmışdır.
BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən reinteqrasiya yardımı göstərilən 478 nəfərdən 112 nəfərə nağd, 82 nəfərə qeyri-nağd şəkildə, yerdə qalan 284 nəfərə isə həm nağd, həm də qeyri-nağd şəkildə yardım olunmuşdur.
KQYR layihələri çərçivəsində könüllü qayıdan şəxslərə əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, zəruri ev əşyalarına dair yardım və tibbi ehtiyacların ödənilməsi üçün yardımlar göstərilmişdir. BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər, kiçik fermer təsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru, kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurmuşlar.
Media Coverage
REPORT
AZERTAC
NEZERMEDIA
XEBERXETTI
OXU
SPUTNIK
FINANCETIME
BAKUNEWS
REALPRESS
NEWSCENTER
AZPOLITIKA
AZINFORUM
AQREQATOR