Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi fəaliyyətə başladı

Beynəlxalq Miqrasiya Təşkilatının Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi fəaliyyətə başladı. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatının Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi fəaliyyətə başladı. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatının Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi fəaliyyətə başladı. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatının Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi fəaliyyətə başladı. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatının Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi fəaliyyətə başladı. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Dövlət Aqrar Universitetinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində yaratdıqları Kəhriz Tədqiqat və İnformasiya Mərkəzinin fəaliyyətə başlayıb. Mərkəz kəhriz sistemləri haqqında məlumatların toplanması, tədqiqatların aparılması, kəhrizlər haqqında bilik və təcrübələrin mübadiləsi üçün ixtisaslaşmış məkan rolunu oynayacaq.

Azərbaycan Dövlət Aqrar Universitetində yerləşən mərkəzin açılış mərasimində Beynəlxalq Miqrasiya Təşkilatının, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyinin, ADAU-nun rəhbərliyi, müəllim və tələbə kollektivi, şəhər icra hakimiyyəti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin nümayəndələri və digər qonaqlar iştirak edirdilər.

Mərkəzin açılış mərasimində çıxış edən Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev mərkəzin açılması ilə tarixi kəhriz mühəndisliyi peşəsinin sirlərini kənkankardan (kəhriz ustaları) gələcək nəsl mühəndislərə ötürülməsi və onların da öz növbəsində həmin peşənin mövcud yeni texnalogiyalar əsasında inkişaf etdirməsi üçün növbəti addımın atıldığını qeyd etid: “Bu məqsədlə Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq çərçivəsində kəhriz mühəndisliyi üzrə təlimçi kurslarının iştirakçısı olan ADAU-nun müəllimləri BMqT ilə birgə hazırlanan tədris planı əsasında Azərbaycanda müvafiq mütəxəsisslərin hazırlanmasında iştirak edəcək və kəhriz mühəndisliyi peşəsinin bərpasına nail olacaqlar”.

Azərbaycan Dövlət Aqrar Universitetin rektoru İbrahim Cəfərov Mərkəzin kəhriz mühəndisliyi təcrübəsinin mübadiləsi məqsədilə istər yerli, istərsə də beynəlxalq tədbirlərə ev sahibliyi edə biləcəyini qeyd etdi: “Mərkəzin kəhriz sistemləri haqqında məlumatların toplanması, tədqiqatların aparılması, kəhrizlər haqqında məlumatların, bilik və təcrübələrin paylaşılması üçün vacib bir məkan olacağına əminəm”.

Layihənin donoru olan Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyinin ölkə üzrə direktoru Park Kumok layihənin vacibliyini vurğulayaraq iştirakçılara uğurlar arzu edib.

BMqT-nin ADAU ilə əməkdaşlığı çərçivəsində universitetin müəllimləri artıq kəhriz mühəndisliyi üzrə təlimçi kurslarında iştirak etmiş və onların Naxçıvana 3 günlük işgüzar səfəri təşkil olunmuşdur. Tədqiqat səfəri onlara kəhriz su təchizatı sistemi haqqında biliklərini artırmaq və Naxçıvanda kəhrizlərin bərpa və onlara texniki qulluğun ən yaxşı təcrübələrini öyrənmələrini təmin etmək məqsədi daşıyırdı. Bundan əlavə, layihə çərçivəsində BMqT ilə birgə tədris planını hazırlaması nəzərdə tutulur. Bu tədris planı müvafiq mütəxəsisslərin hazırlanmasında istifadə ediləcək.

BMqT-inin Koreyanın Beynəlxalq Əməkdaşlıq üzrə Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində məcburi köçkünlərində sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Fuzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur.

Layihə kəhrizlərin bərpası ilə yanaşı, yerli icmaların dayanıqlığının artırılması, biznesin inkişafı və təhsillə özündə cəmləşdirən komponentlərə malikdir.

Media Coverage

YeniGenje
VisionTV
AzPress
ADAU

Video

KepezTV