-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəliyi Dövlət Miqrasiya Xidməti ilə birgə hökümət qurumları üçün Miqrasiya İdarəçiliyi İndeksi üzrə məsləhətləşmələr təşkil edib
İyunun 21-də Beynəlxalq Miqarasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə Azərbaycanda Miqrasiya İdarəçiliyi İndeksi (Mİİ) prosesi üzrə nazirliklərlərarası məsləhətləşmələr toplantısı təşkil etdilər. Məsləhətləşmələrin gedişində Mİİ-nin milli və beynəlxalq proseslərlə əlaqəsi, Mİİ-nin hesabatı, Azərbaycanın Miqrasiya siyasəti və Mİİ, Miqrasiya üzrə Qlobal Paktın və onun Mİİ ilə əlaqəsi mövzularında təqdimatlar keçirildi.
Tədbir BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Amela Mujagic və Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin rəisi cənab Vahid Qəhrəmanovun açılış nitqləri ilə başladı.
Açılış nitqi ilə çıxış edən xanım Amela Mujagic müvafiq dövlət qurumlarını və qeyri-hökumət təşkilatlarını bir araya gətirən məsləhətləşmə görüşünün əhəmiyyətini vurğuladı. O qeyd etdi ki, Miqrasiya İdarəçiliyi İndeksləri təxminən 90 göstəricidən ibarət standart dəstdən ibarət olan BMqT-nin alətidir və bundan ölkələr özlərinin miqrasiya idarəçiliyi strukturlarını inkişaf etdirmək üçün istifadə edə bilər.
“Azərbaycanda bu proses 2022-ci il dekabrın 8-də müvafiq Hökumət Agentliklərinə proses haqqında məlumat vermək üçün təqdimat toplantısının təşkili ilə başlayıb. BMqT Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq edərək 2022-ci ilin dekabr və 2023-cü ilin mart ayları ərzində əsas göstəricilər üzrə məlumat toplamaq üçün müvafiq dövlət qurumlarında müsahibələr təşkil etmiş və bu məlumatlar əsasında ən mühüm nəticələri ümumiləşdirən Miqrasiya İdarəçiliyi Profilinin layihəsi hazırlanmış və bu sənəd Azərbaycanın müvafiq hökümət qurumları ilə paylaşılmışdır”, - deyə xanım Mujagic bildirdi.
Vahid Qəhrəmanov öz çıxışında beynəlxalq təşkilatlar, aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin birgə səyləri nəticəsində hazırlanacaq yekun sənədin Azərbaycanda miqrasiyanın idarə olunmasına töhfə verəcəyinə əminliyini ifadə etdi və iştirakçıları məsləhətləşmələrdə fəal iştirak etməyə çağırdı.
Tədbir zamanı DMX, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərlərin İşləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi və qeyri-hökümət təşkilatlarının nümayəndələri Miqrasiya İdarəçiliyi Profili layihəsində müəyyən edilmiş müsbət təcrübələri və mövcud əsas boşluqları müzakirə etdilər. Bu məsləhətləşmə görüşü iştirakçılarına onların fəaliyyət sahələrinə xas olan problemləri səsləndirmək, eləcə də miqrasiya idarəçiliyi baxımından prioritetlərini əks etdirən layihənin profilinə dair şərh vermək imkanı verdi.
Ən əsası, məsləhətləşmə hökumətin müəyyən edilmiş potensial inkişaf üçün bəzi sahələri inkişaf etdirmək planlarını müzakirə etmək imkanı yaratdı.
Azərbaycanda Miqrasiya İdarəçiliyi İndeksinin qiymətləndirilməsi prosesi Mİİ hesabatının layihəsi ilə bağlı bugünkü məsləhətləşmələr zamanı alınan şərhlər əsasında yekunlaşacaq. Bu hesabat daha sonra BMqT-nin Qlobal Miqrasiya Məlumat Portalına yüklənəcək və oradan asanlıqla əldə edilə bilər.
Miqrasiya İdarəetmə İndeksi(Mİİ) ölkələrə müsbət təcrübələri, eləcə də gələcək inkişaf potensialı olan sahələri müəyyən etməyə kömək edən təxminən 90 göstəricidən ibarət standart dəstdən ibarət BMqT-nin alətidir. O, ölkələrin miqrasiya idarəçiliyi strukturlarını inkişaf etdirmək üçün istifadə edə biləcəkləri siyasət alətləri haqqında anlayışlar təklif edə bilər. Mİİ qiymətləndirmələri hökumətin sifarişi əsasında aparılır və profillər onların razılığı ilə dərc olunur. Hökumətlər məsləhətləşmələr prosesin bütün mərhələlərində iştirak edirlər. Hazırda dünyanın 90-dan çox ölkəsi Mİİ-nin qiymətləndirmə prosesində iştirak edir.