-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ADA Universitetində keçirilən üçgünlük BMT Modeli konfransında iştirak edib
Mayın 10-12 tarxiərində ADA Universitetində ADA Birləşmiş Millətlər Təşkilatı Modeli Klubunun təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Konfrans keçirilmişdir.
27 məktəb və universitetdən 70-ə yaxın tələbənin iştirak etdiyi tədbirin rəsmi açılış sessiyasında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə çıxış ediblər.
Tədbir iştirakçılarına videomüraciət ünvanlayan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva qlobal problemlərin həllində gənclərin önəmli rol oynadığını və BMT modeli kimi təşəbbüslərin onların diplomatiya və beynəlxlaq münasibətləri öyrənməsi üçün əvəzolunmaz fürsət olduğunu deyib.
“Daxili miqrantların ətraf mühitlə bağlı köçü və onun iqtisadi təsiri” mövzusunu müzakirələr aparıldığı konfransın əsas komitəsində çıxış edən BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev iştirakçılara Beynəlxalq Miqrasiya Təşkilatının Miqrasiya, Ətraf Mühit və İqlim Dəyişikliyi üzrə strategiyaları, təşkilatın bu sahədə icra etdiyi qlobal və yerli layihələr və nailiyyətləri haqda məlumat verdi. İqlim dəyişikliyinin miqrasiya ilə bağlı nəticələrinin bəşəriyyəti ciddi çətinliklər qarşısında qoyduğunu qeyd edən Qyorqiyev, 2050-ci ilə qədər iqlim dəyişikliyindən təsirlənən insanların sayı ilə bağlı proqnozların 25 milyondan 1 milyard nəfərə qədər olduğunu və ən çox istinad edilən 200 milyon rəqəm olduğunu bildirdi.
BMqT-nin Azərbaycanda həyata keçirdiyi yerli layihələrdən danışan Qyorqiyev, ümumi məqsədi kənd təsərrüfatının məhsuldarlığını və dolanışıq imkanlarını artırmaq üçün Azərbaycanda kənd icmalarının enerjisiz su resurslarına çıxışını genişləndirməklə məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə vermək olan Kəhrizlərin bərpası layihəsi haqqında məlumat verdi.
Konfransın gedişində iştirakçılar iqlim dəyişikliyi, miqrasiya, qida təhlükəsizliyi, nifrət nitqi və digər məsələlərlə bağlı müzakirələr apardı və bu sahələrdə problemləri aradan qaldırmaq üçün birgə səyləri təşviq edən qətnamələr qəbul etdilər.
Qeyd edək ki, BMT Modeli konfransı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatlarl İttifaqının ATGTİ təşkilatçılığı ilə keçirilir.