-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri kəhrizlərin bərpasının monitorinqini aparmaq üçün Ağdam rayonuna səfər etmişlər
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi hazırda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin icrasını həyata keçirtməkdədir. Bu günlərdə BMqT-nin nümayəndələri kəhrizlərin bərpasının monitorinqini aparmaq üçün layihənin həyata keçirildiyi Ağdam rayonunda yerləşən Əhmədağalı, Mirəşelli və Çinarlı kəndlərinə səfər edərək bu ərazidə yerləşən kəhrizlərdə aparılan bərpa işlərlər ilə tanış olmuşlar. Onlar həmçinin Aghdam rayonu ərazisində kəhrizlərin bərpası ilə məşğul olan kənkanlarla (kəhriz ustaları) da görüşmüşlər.
Qeyd edək ki, adı çəkilən dörd illik layihə çərçivəsində məcburi köçkünlərin də sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Fuzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası vasitəsilə bu ərazidə yaşayan 8 mindən artıq ailəni təhlükəsiz və davamlı su ilə təmin etmək məqsədini daşıyır. Layihə kəhrizlərin bərpası ilə yanaşı, yerli icmaların dayanıqlığının artırılması, icmalarda məşğulluğun inkişafı və tədrisi də özündə cəmləşdirən komponentlərə malikdir.
Media Coverage
REPORT
OLAYLAR
YENIGUNDEM
QHTXEBER
BAXAR
MODERATOR
AZADLIQ
FINANCETIEM
NEWSCENTER
REGIONXEBER
AQREQATOR