-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının təmsilçiləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olmuşlar
Sentyabrın 30-da Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin (BMqT) rəhbəri Vladimir Qyorqiyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ilə görüşmüşdür.
Görüş zamanı DQİDK sədri Azərbaycandakı dini vəziyyət, dövlət-din münasibətləri, Dövlət Komitəsinin fəaliyyəti və konfessiyalararası münasibətlərin vəziyyəti barədə qonağa məlumat verib. BMqT ilə səmərəli əməkdaşlıq əlaqələrinə toxunan Mübariz Qurbanlı birgə həyata keçirilmiş və USAID/Azerbaijanın maliyyə dəstəyi ilə icra olunan “Həssas icmaların dayanıqlığının gücləndirilməsi”, “Dayanıqlıq naminə ictimai fəaliyyət” kimi layihələrin əhəmiyyətini vurğulayıb. Layihələr çərçivəsində icmaların zorakı ekstremizmə qarşı dayanıqlığının, icma həmrəyliyi və birliyinin gücləndirilməsi məqsədi ilə keçirilən təlimlərin, müxtəlif tədbirlərin önəminə diqqət çəkib.
Səmimi qəbula görə təşəkkürünü bildirən BMqT-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Azərbaycandakı nümunəvi birgəyaşayış modeli, həmrəylik və dostluq mühitini qürurverici hal kimi qiymətləndirib. Təmsil etdiyi qurum ilə DQİDK arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin qarşılıqlı əhəmiyyət kəsb etdiyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, eləcə də cari və gələcək əməkdaşlığın perspektivləri, o cümlədən Bakıda birgə beynəlxalq konfransın təşkil edilməsi barədə geniş fikir mübadiləsi aparılıb.