Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatınınb Azərbaycan nümayəndəliyi tərəfindən idarə olunan Kanada Viza Müraciət Mərkəzi müraciət edənlərə xidmət göstərməkdə davam edir

Beynəlxalq Miqrasiya Təşkilatınınb Azərbaycan nümayəndəliyi tərəfindən idarə olunan Kanada Viza Müraciət Mərkəzi müraciət edənlərə xidmət göstərməkdə davam edir. Photo: IOM

Azərbaycan Hökuməti sərt karantin tədbirlərini yumşaltdıqdan sonra Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyi BMT-nin ölkədəki İdarə Heyətinin mərhələli şəkildə işə qayıtmaq təlimatlarına uyğun olaraq bəzi fəaliyyətlərini yenidən bərpa etmişdir.

Hazırda fəaliyyətinin bərpa edənlər arasında Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən VFS Global ilə tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərən və Azərbaycanda Kanadaya viza üçün müraciət edənlərə inzibati dəstək xidmətləri göstərmək səlahiyyəti olan Kanada Viza Müraciət Mərkəzinin (CVAC) Azərbaycandakı işçi heyəti də vardır.

Covid-19 pandemiyası səbəbinən Azərbaycanın paytaxtı Bakıda yerləşən Kanada Viza Müraciət Mərkəzinin qəbul saatları növbəti bildirişədək 08:30-dan 11:30-dəkdir. Kanada Viza Müraciət Mərkəzi hazırda fəaliyyətini Yasamal rayonu, İzmir küçəsi 23 ünvanında (İzmir Plaza, 3-cü mərtəbə, Hyatt Regency Hotel yaxınlığında) davam etdirir.

Kanadanın İmmiqrasiya və Vətəndaşlıq Nazirliyinin 9 aprel, 29 aprel, 19 may, 9 iyun və 1 iyul 2020-ci ildə verdiyi qərara əsasən ərizəçilərin Viza Müraciət Mərkəzinə müvəqqəti yaşayış vizaları üçün kağız müraciətinin qəbulu dayandırılmışdır. 1 oktyabr 2020-ci il qəbul edilmiş qərarla bu məhdudiyyət bəzi istisnalarla 30 sentyabr 2021-ci il tarixinədək uzadılmışdır. Bu istisnalarla tanış olmaq üçün Kanada Vətəndaşlıq və İmiqrasiya Nazirliyinin (IRCC) saytına daxil olun: https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/coro… .

Müvəqqəti yaşayış vizası üçün əksər müraciətlər İRCC-nin internet-səhifəsindən onlayn (elektron) şəkildə təqdim edilməli https://www.canada.ca/en/services/immigration-citizenship.html və ərizəçilər biometrik qeydiyyatları üçün biometrik təlimat məktubları ilə və vizanın götürülməsi üçün passport tələb məktubları ilə bərabər (BİL) Viza Müraciət Mərkəzinə yaxınlaşa bilərlər.

Viza Müraciət Mərkəzi ilə aşağıdakı əlaqə nömrəsi +994 12 538 57 44 və ya elektron poçt vasitəsilə əlaqə saxlaya bilərsiniz: info.canbakiom@vfshelpline.com

Media Coverage

AZERTAC
UNAZERBAIJAN