-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxlaq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidmətinin “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsinə start verdi
Mayın 17-də BMqT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti BMqT İnkişaf Fondunun maliyyə dəstəyi ilə “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsinin İşçi Qrupunun ilk görüşünü keçirməklə layihənin icrasına start verdi.
Hibrid formatda keçirilmiş tədbirdə müxtəlif dövlət qurumları, beynəlxalq təşkilatlar, banklar, Azərbaycanın diaspor təşkilatları, ölkəmizdə yaşan miqrantların assosiasiyaları və digər qeyri-hökumət təşkilatlarının 30-dan artıq nümayəndəsi iştirak etdiyi tədbirdə BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov giriş nitqi ilə çıxış etdilər.
Qyorqiyev öz çıxışında müvafiq dövlət qurumları, banklar, diaspor, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihənin əhəmiyyətini vurğuladı. O qeyd etdi ki, Azərbaycanda pul köçürmələri ev təsərrüfatları, xüsusən də kənd yerlərində yaşayanlar üçün mühüm gəlir mənbəyidir. Eyni zamanda, pul köçürmələri ölkənin sosial-iqtisadi yüksəlişi üçün bir mexanizmdir.
“Dünya Bankının və Azərbaycan Mərkəzi Bankının məlumatlarına görə, 2020-ci ildə Azərbaycana göndərilən pul köçürmələrinin ümumi həcmi ÜDM-in 3%-dən çoxunu təşkil edib. Faiz göstəricisi kimi bu kiçik olsa da, köçürmələrin ümumi məbləği 1 milyard ABŞ dollarından çox olub ki, bu da kifayət qədər böyük rəqəmdir. Üstəlik, Azərbaycan on minlərlə miqrantı qəbul edir və onlar öz ölkələrinə xeyli miqdarda pul köçürmələri göndərirlər”, - deyə Qyorqiyev bildirib.
DMX-dən Vahid Qəhrəmanov qeyd edib ki, layihənin uğurla həyata keçirilməsi təkcə miqrantlar və onların ailələrinə deyil, həm də kiçik biznesə və ümumilikdə ölkə iqtisadiyyatına fayda verəcək.
Açılış nitqlərindən sonra iştirakçılar ümumilikdə layihə, pul köçürmələri üzrə qiymətləndirlmənin aparılması, bu prosesdə iştirak edən bütün aidiyyəti tərəflərin təhlili, innovativ rəqəmsal pul köçürmələri sisteminin yaradılması ilə bağlı yol xəritəsinin hazırlanması və belə bir tətbiq sisteminin sınaqdan keçirilməsi də daxil olmaqla layihə çərçivəsində nəzərdə tutulan tədbirlər barədə məlumatlandırıldı. Tədbir iştirakçıları, həmçinin miqrasiya və pul köçürmələri ilə əlaqədar məsələlər üzrə fikir mübadiləsi apardı və layihənin məqsədlərinə çatmaq üçün tərəflər arasında əməkdaşlığın vacibliyini qeyd etdilər.
Qeyd edək ki, adıçəkilən layihənin əsas məqsədi Azərbaycanlı emiqrantların və Azərbaycanda yaşayan miqrantların, eləcə də pul köçürmələri zamanı Azərbaycanda və xaricdə vəsait alanların maliyyə inklüzivliyini və rəqəmsal maliyyə xidmətlərinə əlçatanlığını artırmaqla onların yaşayış səviyyəsinin davamlı inkişafına töhfə verməkdir.
Media Coverage
APA
TREND
AZERTIMES
AZERTAC
NEZERMEDIA
TEZADLAR
UNNEWS
YENIMEDIA
BANCO
QAFQAZMEDIA