Xəbərlər
Local

Beynəlxlaq Miqrasiya Təşkilatının Regional Direktoru Azərbaycanda səfərdə oldu

Regional direktor və Ekologiya naziri hökumətin iqlim dəyişikliyinə uyğunlaşma səylərinə töhfə verməyə yönəlmiş səyləri müzakirə edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşdə qonaq səlahiyyətlilər və tərəfdaşlara məcburi köçkünlərin dönüşlərinin asanlaşdırılması istiqamətində davamlı həll yollarının tapılmasında dəstək verməyə hazır olduqlarını qeyd etmişdir. 

Regional Direktor və Dövlət Miqrasiya Xidmətinin rəisi uzun illər davam edən uğurlu əməkdaşlığı müzakirə edib, mövcud miqrasiya meylləri barədə fikirlərini bölüşdülər. 

BMqT-nin Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Manfred Profazi 9-10 oktyabr tarixlərində Azərbaycanda səfərdə olmuşdur.

Səfəri zamanı cənab Profazi müxtəlif yüksək vəzifəli rəsmilərlə, o cümlədən Prezident Administrasiyasından şöbə müdiri, Xarici İşlər nazirinin müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, Ekologiya və Təbbi Sərvətləri naziri, Dövlət Miqrasiya Xidmətinin rəisi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Dövlət Sərhəd Xidməti rəisinin müavini,və  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri ilə görüşlər keçirmişdir. Görüşlər zamanı BMqT ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq, xüsusilə miqrasiyanın idarə edilməsi, insan alverinə qarşı mübarizə, həssas qruplara dəstək, kəhrizlərin bərpası, miqrasiya, məcburi köçkünlər, miqrasiya üzrə regional təlim mərkəzi və könüllü qayıdışlara dəstək sahələrində görülən işlər barədə müzakirələr aparıldı.

Bu görüşlərdə cənab Profazi BMqT-nin Azərbaycan hökuməti ilə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib. Bu sahələrə münaqişədən zərər çəkmiş ərazilərdə münaqişədən sonra bərpa ehtiyaclarının qiymətləndirilməsinin dəstəklənməsi, səmərəli əmək miqrasiyası axını və sərhədlərin idarə edilməsi üçün texniki dəstəyin təmin edilməsi, insan alverinə qarşı mübarizə tədbirlərinin dəstəklənməsi, iqlim dəyişikliyinə uyğunlaşma səylərinə töhfə vermək, su idarəçiliyi və suya qənaət təcrübələrinin təkmilləşdirilməsi daxildir.

9 oktyabr tarixində BMqT-nin Azərbaycandakı nümayəndəliyi Regional Direktorun səfəri ilə bağlı Bakıda ziyafət təşkil etmişdir. Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası regionuna daxil ölkələrin səfirləri, hökumət rəsmiləri, vətəndaş cəmiyyəti təşkilatlarının, elmi dairələrin və özəl sektorun nümayəndələri iştirak ediblər. Qəbul zamanı Azərbaycan üzrə Miqrasiya Profilinin təqdimatı keçirildi.

Manfred Profazi yüksək səviyyəli rəsmilərlə görüşlərdən əlavə, Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri, BMT-nin Rezident Əlaqələndiricisi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin direktoru və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə direktoru ilə də görüşlər keçirdi. Onlar yerli və regional miqrasiya meyllərini, mövcud sosial-iqtisadi imkanları və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etdilər.

Cənab Profazinin Azərbaycana səfərinin əsas məqsədi BMqT-nin həm inkişaf, həm də humanitar səylərdə çevik və həssas tərəfdaş kimi qəbul edilməsinə dəstək vermək idi.