Xəbərlər
Local

Beynəxlalq Miqrasiya Təşkilatının təmsilçiləri BMT75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbirdə iştirak ediblər

Beynəxlalq Miqrasiya Təşkilatının təmsilçiləri BMT75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbirdə iştirak ediblər. Photo: IOM

BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev BMT-nin Bakıdakı nümayəndəliyinin ADA Universiteti ilə birlikdə təşkil etdiyi dünyanın gələcəyinə dair ən böyük qlobal müzakirə olan BMT75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbirin işində iştirak edib. Tədbirdə 80-ə yaxın dövlət rəsmisi, diplomat, vətəndaş cəmiyyəti və gənclər təşkilatlarının nümayəndəsi, eləcə də akademik dairələr və kütləvi informasiya vasitələrinin təmsilçisi iştirak edib.

BMT75 dialoqları “Bir dəqiqəlik Sorğu” ilə birlikdə milli və beynəlxalq siyasət və müzakirələrə töhfə vermək üçün səhih məlumatlar əldə etməyə imkan yaradacaq. Formalaşmış fikir və ideyalar dünya liderləri və BMT-nin yüksək rütbəli rəsmilərinə bu ilin sentyabrın 21-də BMT-nin 75 illik yubileyi münasibətilə keçiriləcək yüksək səviyyəli tədbir zamanı təqdim ediləcək.

“BMT75 sadəcə yubiley münasibətilə keçirilən bir bayram tədbiri olmayacaq. Bu, BMT-nin qorxu və münaqişələrdən azad dünya vədinin daha yaxşı həyata keçirməsini təmin etmək üçün sizinlə birgə işləmək, habelə müxtəlif strategiya və təkliflərinizi dinləmək ili olacaq,” BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib.

Panel müzakirələri zamanı iştirakçılar BMT75 təşəbbüsünün il ərzində müzakirə edəcəyi üç əsas sual ətrafında fikir mübadiləsi aparıb: “Hansı gələcəyi qurmaq istəyirik?”; Biz düzgün yoldayıqmı?”; və “Boşluğu aradan qaldırmaq üçün hansı addımları atmalıyıq?”. Görüşdə həmçinin gələcək nəsillər üçün daha yaxşı dünyanın qurulmasında hökümətlər, bizneslər və vətəndaş cəmiyyəti təşkilatlarının rolu və vəzifələri müzakirə edilib.

Bu müzakirələr vasitəsi ilə BMT 100 illik yubileyini qeyd edəcəyi 2045-ci il üçün qlobal baxışı formalaşdırmağa, gələcəyə dair təhdidlərə dair məlumatlılığı artırmağa və bu baxışın həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsini dəstəkləməyə çalışır.