Xəbərlər
Local

Bir vaxtlar uçurumun kənarında olan, hazırda isə özünə inamlı liderə çevrilən yeniyetmə qız haqqında hekayə

Bir vaxtlar uçurumun kənarında olan, hazırda isə özünə inamlı liderə çevrilən yeniyetmə qız haqqında hekayə. Photo: IOM

Koronavirus pandemiyası Azərbaycanda üz maskaları kimi fərdi mühafizə vasitələrinin çatışmazlığına səbəb olduqda, Təmiz Dünya İctimai Birliyinə məxsus şığınacağın sakinləri olan bir neçə insan alveri və məişət zorakılığı qurbanları həm sığınacaq sakinləri, həm də digər şəxslər üçün maska çatışmamazlığı kimi problemin həlli üçün təşəbbüslə çıxış etdilər. Onlar əllərində olan parça materialları və tikiş maşınlarından istifadə edərək özləri üçün, həmçinin yaxınlıqdakı mənzil kommunal təsərrüfatı işçiləri üçün üz maskaları tikməyə başladılar.

İnsan alverinin potensial qurbanı, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində təlim keçərək peşəkar dərzi kimi yetimşim Sevda (ad dəyişdirilmişdir) sığınacaqda bir qrup xanımı başına yığaraq birlikdə minlərlə üz maskası tikmişlər.

“Pandemiya dövründə maska qıtlığı yarananda sığınacağın məxsus olduğu təşkilatın rəhbəri bizə üz maskaları tikməyi təklif etdi. Sığınacağındakı bütün qadınları topladım və onlara dərzi kurslarında öyrəndiklərimi öyrətdim. İlk gün gecə yarısına qədər min üz maskası tikdik. Çölə çıxmaq məhdudiyyətləri tətbiq olunmazdan əvvəl onları digər təşkilatlara və ehtiyacı olan insanlara payladıq” deyir Sevda.

Sevda sığınacaqda yaşayan insan alveri, məişət və gender zorakılıq qurbanları və ya potensial qurbanlarından olan on qadınan biridir. O, körpəlikdə anası tərəfindən satılmış və anasını əvəz edən başqa bir qadın tərəfindən böyüdülmüşdür. Həmin xanım öldükdə, 13 yaşlı bu qız qohumları tərəfindən evdən qovuldu. Bundan sonra o, məşhur bir televiziya şousunun köməyi ilə valideynlərini tapa bildi, lakin onlar yenə onu tərk etdilər.

Analığının rəfiqəsi Sevdanı evinə apardı, lakin azyaşlı olmasına baxmayaraq onu bir ətir dükanına işə göndərdi. Orada ona kömək edəcəyini vəd edən bir gənclə tanış oldu. Lakin Sevda ona yardım edəcəyini deyən gənc tərəfindən aldadılaraq təcavüzə məruz qaldı. Hadisədən sonra anasının rəfiqəsi onu saxlamqdan imtina edərək polisə təhvil verdi. “Polis məni sığınacağa gətirdi. Buraya gəldiyim anda intihar etmək halında idim. Mən bu barədə tez-tez fikirləşirdim" deyir Sevda.

O, sığınacaq əməkdaşlarının köməyi ilə psixoloji və tibbi yardım aldı. Bundan başqa sığınacaq ona müstəqil yaşamaq üçün peşə əldə etməyə kömək etdi.

“Mən sığınacaqda Beynəlxalq Miqrasiya Təşkilatının təşkil etdiyi altı aylıq dərzi kurslarında iştirak etdim. Dərziliyə marağım olduğu üçün bu peşənin sirlərini böyük həvəslə öyrəndim” deyir Sevda.

Hal-hazırda Mədəniyyət Nazirliyinin nəzdindəki Bakı Peşə Turizm Məktəbində barmen peşəsini öyrənir. Təşkilatın keçirdiyi seminarlarda (biznesə başlamaq, qadın hüquqları və s.) iştirak edərək 3 sertifikat alıb. Bütün bunlar Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə mümkün olmuşdur.

Eyni zamanda, dərzi peşəsinə marağını nəzərə alaraq, USAİD tərəfindən ona fərdi inkişafına böyük dəstək olan tikiş maşını və parça materialları təqdim edildi.

Dərzi işləməklə yanaşı, yaxşı aktrisa, şirniyyatçı və ya adi aşbaz olmaq istəyir. O, moda nümayişlərini sevir və onları yaxından izləyir. Müğənni Damlanın mahnılarını sevir, çünki tənhalığı əks etdirən musiqi onu daha çox cəlb edir. Bu, onun heç vaxt olmadığı əsl ailə üçün xiffətdən irəli gəllir. Sevdanın dediyi kimi, televiziya seriallarının içində "Ata Ocağı" adlı filmdə aktyor Qurban İsmayılovu sevir. Səbəbi isə onun ailə üzvlərini bir araya gətirə bilən xəyal etdiyi ata obrazını mükəmməl şəkildə təcəssüm etdirməsidir.

Bu gün Sevda intihar etmək istəyən bir yeniyetmədən başqalarına qayğı ilə yanaşan potensial liderlik bacarığı olan özünə güvənən və savadlı bir insana çevrilmişdir.