-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMqT Ağdam rayonun Afətli kəndində İcmanın məlumatlandırılması üçün görüş keçirdi
Yanvarın 28-də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin təmsilçiləri Ağdam rayonunda yerləşən Afətli kəndində yerli icmanın məlumatlandırılması üçün görüş keçirdi. Görüş iştirakçılarına ilk növbədə BMqT haqda, onun ümumi missiyası və təşkilatın Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verildi.
BMqT-nin nümayəndələri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi barədə danışdılar. Görüşdə təmir olunacaq kəhrizlərin işlək halda qalmasında layihə benefisiarlarının rolunun yüksək əhəmiyyəti vurğulandı. İcma üzvlərinə layihənin mərhələləri (kəşfiyyat-qazma, su nümunələrinin təhlili, texniki qiymətləndirmə, kəhrizin bərpası, suyun paylanması və s.) barədə də məlumat verildi. Tədbirdə həmçinin, icma üzvlərinin potensialını artırmaq və su mənbələrini idarə etmək üçün icma üzvlərinin iştirakı ilə kənddə yaradıcılaq Su İstifadəçi Komitəsinin layihənin icrası və sonrakı dövrlərdə vəzifə və öhdəlikləri izah edildi.
İcma üzvlərinin potensialını artırmaq və su mənbələrini idarə etmək üçün Su İstifadəçi Komitələrinə 9 üzv seçildi. Görüşün sonunda icma üzvlərinin onları maraqlandıran suallara cavab almaq imkanı oldu.
Qeyd edək ki, dörd illik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.