-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMqT Azərbaycan Beynəlxalq Pul Köçürmələri Gününü qeyd edir
Baku - Hər ilin 16 iyun tarixində qeyd edilən Beynəlxalq Pul Köçürmələri Günü münasibətilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi öz ailələrinə pul köçürmələri vasitəsilə fədakarcasına maddi yardım göstərən Azərbaycanda işləyən miqrantları, eləcə də xaricdə işləyən Azərbaycanlı miqrantları salamlayır.
BMT Baş Assambleyasının 2018-ci il tarixli qətnaməsi elan edilən bu gün pul köçürmələrinin bir çox insan, ələlxüsus kənd yerlərində yaşayanlar üçün mühüm gəlir mənbəyi, habelə ölkələrin sosial-iqtisadi inkişafı və yüksəlişi üçün bir vasitə olmasını vurğulamaq üçün bir imkandır. “Pul köçürmələrinin iqtisadi faydaları ilə yanaşı miqrantlar, həmçinin “sosial və mədəni köçürmələr edirlər,” yəni öz mənşə ölkələrində yaşayan soydaşlarına bilik, təcrübə, bacarıq, ideya və mədəni dəyərləri ötürürlər və bu, daha geniş kütlənin inkişafı üçün güclü təsir göstərir, ” deyə BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev bildirib.
BMqT-nin Baş Direktoru Antonio Vitorinonun Beynəlxalq Ailə Pul Köçürmələri gününə həsr olunmuş çıxışından: "Əsas ehtiyac əmtəələrinin ödənilməsi və insan kapitalının inkişafının maliyyələşdirilməsi pul köçürmələrinin bəlkə də ən vacib funksiyası olsa da, araşdırmalar həmçinin yerli investisiya və inkişaf üçün 190 milyard dollara qədər vəsaitin istifadə oluna biləcəyini göstərir."
Video ismarıca buradan baxa bilərsiniz: https://lnkd.in/etZ92WrU
BMqT Azərbaycan və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti də pul köçürmələri üzrə müvafiq Davamlı İnkişaf Məqsədlərinə (Layiqli Əmək və İqtisadi İnkişaf barədə 8-ci DİM) çatmaq üçün BMT və Azərbaycan arasında imzalanmış Əməkdaşlığa dair Çərçivə sənədinin “Həssaslığı azaldan və dayanıqlığı təmin edən inklüziv artım haqqında” 1 saylı prioritet sahəsinə tam uyğun olaraq icra edilən “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsi ilə töhfə verir.
Fürsətdən istifadə edərək BMqT Azərbaycan hökumətin, bankların, özəl sektorun və tərəfdaş beynəlxalq təşkilatların rəqəmsallaşdırma və maliyyə inklüzivliyi üzrə fəaliyyətlərini alqışlayır, eləcə də rəqəmsal pul köçürmələrinin inkişafının və pul köçürmələrinin təhlükəsiz və sərfəli şəkildə həyata keçirilməsi ilə əlaqədar miqrantlara köməklik göstərilməsinin davam etdirilməsi istiqamətində səyləri əsirgəməməsini xahiş edir.
Media Coverage