Xəbərlər
Local

BMqT, BMT-nin Terrorla Mübarizə İdarəsi və Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı və Azərbaycanın müvafiq qurumları Sərnişinlərə dair ilkin Məlumat (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) sistemləri tətbiqi üzrə birgə çalışırlar

BMqT, BMT-nin Terrorla Mübarizə İdarəsi və Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı və Azərbaycanın müvafiq qurumları Sərnişinlərə dair ilkin Məlumat (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) sistemləri tətbiqi üzrə birgə çalışırlar. Photo: IOM

BMqT, BMT-nin Terrorla Mübarizə İdarəsi və Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı və Azərbaycanın müvafiq qurumları Sərnişinlərə dair ilkin Məlumat (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) sistemləri tətbiqi üzrə birgə çalışırlar. Photo: IOM

BMqT, BMT-nin Terrorla Mübarizə İdarəsi və Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı və Azərbaycanın müvafiq qurumları Sərnişinlərə dair ilkin Məlumat (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) sistemləri tətbiqi üzrə birgə çalışırlar. Photo: IOM

Fevralın 5-7 aralığında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) təşkil etdiyi seminarın əsas mövzusu gəlişdən əvvəl sərnişinlər və ekipaj üzvləri haqqında məlumat toplamaq, hamını səyahətini asanlaşdırmaq və sərhəd nəzarətini yaxşılaşdırmağa imkan verən Sərnişinlərə dair İlkin Məlumat (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) sistemləridir. BMqT, Birləşmiş Millətlər Təşkilatının Terrorla Mübarizə İdarəsi və Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığının ekspertlərinin apardığı seminarın işində Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyinin, ASAN Viza, AZAL, SilkWay və s. şirkətlərin 25-ə yaxın nümayəndələri iştirak edirdi.

BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, seminarın bütün müvafiq dövlət qurumları tərəfindən istifadə edilə bilinən məlumat toplama sisteminə ehtiyacı olan Azərbaycan üçün son dərəcə faydalı olduğunu söylədi: “Seminar zamanı API və PNR sistemlərinin əsas dəyərləri və faydaları beynəlxalq ekspertlər tərəfindən və beynəlxalq standartlar çərçivəsində təqdim edilir. Bu seminarın nəticəsi dövlət qurumlarına qurumlararası əməkdaşlığı daha da artırmaqda maraqlı edəcək, API və PNR-ın tətbiqi üçün yol xəritəsinin layihəsini yaratmağa kömək edəcəkdir".

BMT-nin Terrorla Mübarizə İdarəsinin təmsilçisi Simon Deqinan, seminarın yerli qurumların nümayəndələrinə sərnişin məlumatlarının qabaqcadan toplanmasının hüquq mühafizə, sərhəd təhlükəsizliyi, gömrük və kəşfiyyat üçün faydalarını öyrənmə fürsəti verdiyini söylədi: "Bu seminar BMqT, BMT-nin Terrorla Mübarizə İdarəsi, Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığının Azərbaycan hökumətinə milli, sərhəd təhlükəsizliyini, terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə qabiliyyətinin yaxşılaşdırılmasına dəstək vermək üçün üçtərəfli birgə təşəbbüsünün nəticədir".

Böyük Britaniyanın Səhrəd Mühafizə Direktoratlığından Ceyn Vulli, seminarın API / PNR ilə əlaqəli Azərbaycanın hökumətinin ehtiyaclarını başa düşmək və bütün müvafiq dövlət qurumları ilə birgə işləmək üçün əla bir fürsət olduğunu bildirdi.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov bu birgə tədbirin müvafiq dövlət qurumlarının potensialının artırılması, risklərin idarəolunması, sərhəd təhlükəsizliyi ilə bağlı təcrübə və fikir mübadiləsi, müasir texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq baxımından vacib olduğunu qeyd etdi.

Bakıda keçirilən seminar zamanı xarici və yerli ekspertlər tərəfindən ən yaxşı təcrübə və məlumatlar iştirakçılarla paylaşıldı.

Tədbir BMqT İnkişaf Fondu tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi “Azərbaycanda beynəlxalq qabaqcıl təcrübə və standartlar əsasında sərnişin və sənədləşmə əməliyyatları üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində baş tutmuşdur.