-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMqT Niderland Krallığından könüllü mənşə ölkəsinə qayıtmış şəxslərə gəlir gətirən fəaliyyət qurmaq üçün dəstək verir
16-17 yanvar tarixlərində BMqT-nin Azərbaycandakı nümayəndəliyinin müvafiq proqram işçiləri Mingəçevir, Bərdə, Kürdəmir və Ağsuya səfər edərək Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində Niderland Krallığından könüllü mənşə ölkəsinə qayıtmış şəxslərə reinteqrasiya yardımı göstərmişlər. Layihə çərçivəsində könüllü geri qayıdan vətəndaşlar BMqT-nin dəstəyi ilə gəlir gətirən fəaliyyət sahəsinin qurulması məqsədilə iri və xırda buynuzlu heyvanları satın almışlar. Belə ki, Mingəçevirdə yetişdirmək üçün bir ailə 87 qoyun, digər ailə 21 buzov, Bərdədə geri dönən şəxs süd və süd məhsulları istehsalı üçün 2 inək, Kürdəmirdəki ailə yetişdirmək üçün 25 buzov, Ağsuda qayıdan şəxs süd və süd məhsulları istehsalı üçün 2 inək satın aldı.
BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda İsveçrə, Belçika, Almaniya, Macarıstan, İtaliya, Hollandiya, Türkiyə və Latviyadan könüllü geri dönənlərə yardım fəaliyyətini göstərir. Ayrılmış reinteqrasiya vəsaitləri bir iş qurmaq, mövcud biznesə sərmayə qoymaq, təhsil almaq, habelə müvəqqəti yaşayış üçün istifadə edilə bilər.