-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMqT-nin Azərbaycan nümayəndəliyi 2021-ci ilin noyabrından 2022-ci ilin avqustuna qədər COVID-19 səbəbiylə ölkədə çətin vəziyyətə düşmüş və həsas vəziyyətdə olan 194 miqranta zəruri yardım və dəstək göstərmişdir
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyi ötən ilin noyabr ayından başlayan “Azərbaycanda həssas vəziyyətdə olan əcnəbi miqrantlara Beynəlxalq Miqrasiya Təşkilatının COVID-19 Qlobal Strateji Hazırlıq və Yardım Planı çərçivəsində dəstəyin göstərilməsi – ikinci faza” layihəsi çərçivəində 27-i qadın, 139-u kişi və 28 nəfəri uşaq olmaqla 194 çətin vəziyyətə düşmüş, həssas qrupdan olan miqranta (xarici/üçüncü ölkə vətəndaşları) ərzaq, gigiyena, müvəqqəti mənzil təminatı və tibbi yardım kimi ilkin ehtiyaclarına yönəldilmiş zəruri yardımlar göstərmişdir.
194 nəfərdən 172 nəfərə ikinci dəfə yardım göstərilib (BMqT ağır vəziyyətlərini, ehtiyaclarını nəzərə alaraq onlara qida, yaşayış və tibbi ehtiyaclarla bağlı yenidən yardım edib). Ümumi yardım edilmiş miqrantlardan 90 nəfəri isə ən həssas qrupdan olanlar, ilk növbədə, azyaşlı uşaqları olan ailələr və tibbi ehtiyacı olan şəxslər üçüncü dəfə yardım alıblar.
BMqT-nin Azərbaycan nümayəndəliyinin yardım ayırdığı miqrantlar əsasən Pakistan, Nigeriya, Banqladeş, Hindistan, Şri-Lanka, Tailand, Qana və s. ölkələrdən olub və onlara qida yardımı və gigiyena xidmətləri, yaşayış, sənədləşmə ilə bağlı dəstək və tibbi yardım göstərilib.
Ən çox yardım edilən miqrantlar ölkəyə 2020-2021-ci illərdə ciddi karantin tədbirlərinin tətbiq edildiyi vaxtlarda daxil olublar. Bunlar əsasən əcnəbi tələbələr (42%), əcnəbi işçilər (32%), xarici rezidentlər (15%) və s. kateqoriyadan olan şəxslərdir.
Bundan əlavə, BMqT-nin Azərbaycan nümayəndəliyi ingilis dilində peyvənd prosedurları və peyvəndin faydaları haqqında ümumi məlumatları özündə əks etdirən iki növ broşür hazırlayıb və onlar miqrantlar arasında paylanılıb. BMqT-nin peyvəndlə bağlı maarifləndirmə kampaniyasının məqsədi Azərbaycanda COVID-19-a qarşı peyvənd haqqında məlumatlılığı artırmaq və peyvənddən istifadə etmək hüququna malik olan xarici vətəndaşlar arasında peyvənd vurdurmaqla bağlı tərəddüdlərinin qarşısını almaqdır.
Qeyd olunan yardım ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosu tərəfindən maliyyələşdirilən Cənubi Qafqaz ölkələrində çətin vəziyyətə düşmüş və həssas miqrantlara (əcnəbi vətəndaşlara) humanitar yardım regional layihəsi çərçivəsində edilmişdir.