-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMqT-nin Azərbaycan nümayəndəliyi hakim və hüquqşünasların daha geniş auditoriyasını əhatə etməklə onların
Beynəlxalq Miqrasiya Hüququ ilə tanış olmasına imkanı yaratmaq üçün hər biri ikin gün çəkməklə 2 -3 sentyabr və 5-6 sentyabr tarixlərində iki kaskad təlimi keçirir. Daha çox hakim və hüquqşünasların biliklərinin artırılmasına şərait yaradacaq təlimlər miqrasiya və insan alverinə qarşı mübarizə sahələrində qərar qəbulunda və işlərin aparılmasında beynəlxalq və Avropa standartlarının daha səmərəli tətbiq olunmasına kömək edəcəkdir.
Bu kaskad təlimləri Azərbaycan Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə müştərək əməkdaşlığın nəticəsidir və təlim proqramı, kurikulumların hazırlanması, təlim materiallarının təkmilləşdirilməsi, təlimçilərin və kaskad təlimləri vasitəsilə ədliyyə işçilərinin ixtisaslaşmasına töhfə verən daha iri bir layihənin tərkib hissəsidir.
Bu təlimlər Azərbaycan hökuməti ilə əməkdaşlıqda ABŞ Dövlət Departamentinin Narkotiklər və Hüquq Mühafizəyə dair Beynəlxalq Məsələlər üzrə Bürosu (INL) tərəfindən maliyyələşdirilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – VI Faza” layihəsi çərçivəsində həyata keçirilir. BMqT insan alverinə, həmçinin transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə Azərbaycan hökümətinə yardım və dəstək verməkdə və həssas miqrantları, habelə insan alveri qurbanları və potensial qurbanlarına müvafiq yardım xidmətləri ilə təmin etməklə onların müdafiəsini gücləndirməkdə davam edir.