Xəbərlər
Local

BMqT-nin Azərbaycan nümayəndəliyi insan alveri ilə mübarizə sahəsində fəaliyyət göstərən rəsmilər və QHT nümayəndələri üçün ABŞ-a təlim səfərinin nəticələrini müzakirə etmək üçün görüş keçirib

IOM meets with officials and representatives of NGOs working in the field of combating human trafficking to discuss results of a study visit to the USA. Photo: IOM 2022

IOM meets with officials and representatives of NGOs working in the field of combating human trafficking to discuss results of a study visit to the USA. Photo: IOM 2022

IOM meets with officials and representatives of NGOs working in the field of combating human trafficking to discuss results of a study visit to the USA. Photo: IOM 2022

Dekabrın 5-də BMqT-nin Azərbaycan nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “İnsan Alverinə Qarşı Mübarizə Fəaliyyəti” layihəsi çərçivəsində dövlət qurumları, ABŞ səfirliyi, USAID və qeyri hökümət təşkilatları (QHT) Koalisiyasının nümayəndələri ilə görüş keçirmişdir. Görüşün məqsədi ABŞ-a tanışlıq səfəri zamanı əldə edilmiş təcrübənin müzakirəsi oldu. 

İclas iştirakçıları Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, USAID-in Azərbaycan nümayəndəliyindən xanım Dhulçe-Janise (DJ) MakKuaer və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən Samir Qarayevin çıxışlarınan ibarət açılış sessiyası ilə başlayıb.  

Vladimir Qyorqiyev Azərbaycanda insan alverinə qarşı mübarizə səylərini haqda məlumat verməklə yanaşı, bu sahədə faəliyyət göstərən dövlət orqanları və yerli QHT-lər üçün xarici ölkələrə tanışlıq səfərlərinin vacibliyini qeyd etdi. 

Görüş zamanı ABŞ-da insan alveri qurbanlarının müəyyən edilməsi və yönləndirilməsinin mühüm aspektlərini təhlil etmək imkanı qazanmış QHT və dövlət təşkilatlarının nümayəndələri tərəfindən səfər çox müsbət qiymətləndirildi. Çıxışları zamanı İştirakçılar öz təcrübələrini bölüşüb əsas nəticələri təqdim etdilər, ABŞ-da hüquq-mühafizə orqanlarının və vətəndaş cəmiyyəti təşkilatlarının insan alverinə qarşı mübarizə sahəsində ən yaxşı təcrübələri, əməkdaşlığı və birgə fəaliyyətləri ilə bağlı təcrübənin, fəaliyyətlərində qurban yönümlü yanaşmanın tətbiqinin və qurbanlara yardım məqsədilə milli yönləndirmə mexanimzinin təkmilləşdirilməsinin əhəmiyyətini vurğuladılar. 

Görüşün sonunda iştirakçılar tanışlıq səfəri zamanı əldə edilmiş təcrübə və bilik əsasında fəaliyyət planı üçün təkliflər hazırlamaq barədə razılığa gəldilər.

BMqT tərəfindən həyata keçirilən USAID-inin maliyyələşdirdiyi İnsan Alverinə Qarşı Mübarizə layihəsi Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın effektivliyini daha da artırmaqda kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqlari idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.